Jurnalistlərin sosial problemləri arazdırılacaq

img

10-07-2009 [07:18]


?Jurnalistlərin Həmkarlar İttifaqı, eləcə də Mətbuat Şurasının sosial komissiyası jurnalistlərin problemlərini daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq bu istiqamətdə monitorinqlər aparır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. M.Ələsgərli bildirib ki, hazırda jurnalistlərin sosial problemləri araşdırılır və konkretləşdirilir: ?Jurnalistlərin sosial problemləri çoxdur. Redaksiya rəhbərlərinin jurnalistlərlə əmək müqavilələri imzalamaması da bu sıraya daxildir. Apardığımız araşdırmalar zamanı məlum olub ki, dövri mətbuatda çalışan jurnalistlərin 85 faizinin əmək müqaviləsi, 89 faizinin tibbi sığortası yoxdur. Mətbuat işçilərinin aylıq məvacibi də çox aşağıdır. Son hesablamalara görə, jurnalistlərin orta aylıq əməkhaqqı 250-300 manat civarındadır. Jurnalistlərin böyük əksəriyyətinin şəxsi mənzili yoxdur. Aldıqları maaş az olduğu üçün jurnalistlər sosial problemlərini həll edə bilmirlər. Bu baxımdan jurnalistlər sosial problemlərini həll etmək üçün mütləq güzəştlərdən istifadə etməlidirlər. Mətbuat Şurasının sosail komissiyasının və Jurnalistlərin Həmkarlar İttifaqının indiyə qədər apardığı siyasət ona yönəlib ki, bu problemlər təsnifatlaşdırılsın. Yalnız bundan sonra problemlərdən çıxış yolları haqqında təkliflərin hazırlanmasından söhbət gedə bilər. Açıq etiraf edim ki, bununla bağlı ortada birmənalı mövqe yoxdur. Mövcud problemləri həll etmək üçün bir neçə istiqamət nəzərdə tutulur. Müvafiq dövlət qurumlarına müraciət oluna bilər ki, jurnalistlərin də güzəştli ipoteka kreditlərindən yararlanmasına şərait yaradılsın. Ölkədə 2 ildən çoxdur ki, ipoteka kreditləşməsi həyata keçirilir. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, bu günə kimi heç bir jurnalist ipoteka krediti ala bilməyib. Jurnalistin aldığı əməkhaqqı onun ipoteka krediti almasına imkan vermir. İpoteka krediti almaq istəyən hər bir vətəndaş ayda 500 manat ödəməlidir. Jurnalistin aldığı məvacib isə bu məbləği ödəməyə imkan vermir. Ona görə də biz sosial ipotekanın tətbiq olunmasının tərəfdarıyıq. Bunun üçün isə dövlət proqramı qəbul olunmalıdır. Biz artıq bu təkliflə çıxış etmişik?. Müşfiq Ələsgərli bildirib ki, ikinci istiqamət isə media nümayəndələri üçün jurnalist şəhərciyinin salınmasıdır: ?Bunun üçün ilk növbədə dövlət orqanları müvafiq torpaq sahəsi ayırmalıdırlar. Bundan sonra tikinti şirkətləri ilə danışıqlar aparıb, inşaat işlərinə başlamaq olar. Mənim fikrimcə, bu problemlər kompleks şəkildə həll olunmalıdır. Əslində, KİV redaksiyalarının vəziyyətinin yaxşılaşması gələcəkdə jurnalistlərin sosial problemlərinin həllinə təkan verəcək. Əgər KİV redaksiyalarının gəliri artarsa, bu, gələcəkdə jurnalistlərin əmək haqqlarının artmasına gətirib çıxaracaq. Artıq bununla bağlı dövlət ortaya iradə qoyub. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması uğurlu başlanğıc sayıla bilər. Bizim üzərimizə isə ciddi jurnalistikanın sərhədlərini müəyyənləşdirmək kimi mühüm bir vəzifə düşür. Bu gün Azərbaycanda 3600-ə yaxın KİV dövlət qeydiyyatından keçib. Hesablamalara görə, təxminən 50 minə yaxın adam cibində jurnalist vəsiqəsi gəzdirir. Amma peşəkar jurnalist fəaliyyəti ilə məşğul olanların sayı bu rəqəmdən çox-çox aşağıdır. Hesab edirəm ki, ciddi jurnalistikanın sərhədləri müəyyən ediləndən sonra KİV işçilərinin sosial problemlərinin həlli istiqamətində daha mühüm addımlar atılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR