Nazpəri Dostəliyeva solo-konsert planlazdırır

img

10-07-2009 [05:39]


Dünən xalq artisti Aygün Kazımova keçirdiyi mətbuat konfransında həmkarı Nazpəri Dostəliyevanın ?bostan?ına daş atıb. Solo-konsertdə geyinəcəyi paltarlarla bağlı müğənniyə verilən suala o, belə cavab verib: ?Nazpəri Dostəliyeva kimi geyinməyəcəm ki...? Nazpəri Dostəliyevanın mətbuat katibi Cavanşir Babəlioğlu isə məsələyə münasibət bildirərkən Müstəqil İnformasiya Agentliyinə deyib ki, Aygün Kazımovanın Nazpəri xanıma böyük hörməti var: ?Aygün xanım həmin sözü deyəndə başqa məsələni nəzərdə tutub. Nazpəri xanımın səhnə geyimi həmişə seçilib. O, klassik tərzədə geyir və geyimlərində güllərdən istifadə edir. Hərdən saçına da gül düzdürür. Aygün xanımın geyimi isə fərqlidir?. A.Kazımovanın açıqlamasına aydınlıq gətirən C.Babəlioğlu N.Dostəliyevanın səhnə yaradıcılığından da söz açıb. Deyib ki, hazırda müğənni iki disk üzərində işləyir. Həmin disklərdən biri aşıq mahnılarından ibarətdir. İkinci diskdə isə müxtəlif bəstəkarların mahnıları yer alıb və hər bir diskdə 12-13 mahnı yerləşdirilib. Qeyd edək ki, hər iki diskin təqdimatı sentyabr ayında olacaq. Əgər aparılan danışıqlar öz effektini versə, müğənni solo-konsert verməyi də planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA