Sentyabrdan ?kraliça?ların seçimi bazlayacaq

img

10-07-2009 [04:06]


Gələn həftə ?Toylar kralı-2? layihəsi başa çatır. Finalda Nəriman Mingəçevirli ilə Əlizamin Bərdəli üz-üzə gələcək. Müsabiqənin müsif üzvü Əli Mirəliyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, onların hər ikisi kifayət qədər SMS toplayıb: ?Hansının qalib gəlməsi barədə fikir söyləmək münsif üzvü kimi mənə çətindir. Amma Nəriman Mingəçevirlinin ?Toylar kralı-2?-nin qalibi olmaq şansı daha çoxdur. Ötən dəfə yadınızdadır. Əflatun özündən çox arxayın danışdı, amma Manaf Ağayev qalib gəldi. Əlizamin də finala vəsiqə qazananda ANS-in həyətində toy-bayram edirdi. Mən ona dedim ki, sevinmək üçün hələ tezdir. Finala çıx, sonra bayram edərsən?. Ə.Mirəliyevin sözlərinə görə, ?Toylar kralı-2? layihəsinin qalibinə iki otaqlı mənzil bağaşlanacaq. Özü də bu mənzillər tam təmirli olacaq: ?Həm də şəhərin mərkəzində. Düzdür, Manaf Ağayev bu sevincdən məhrum oldu. Ona ev vermədilər?. Ə.Mirəliyev sözügedən layihənin sentyabr ayından sonra davam edəcəyini də bildirib. Amma bu dəfə kral əvəzinə kraliçalar mübarizə aparacaq: ?Toylar kralı-3? başlayacaq. Bu dəfə isə səhnəyə qadınlar çıxacaq. Azərabycanın bütün rayonlarından bu layihədə iştirak etmək istəyən qadınlar var. Amma bu gün layihədə münsif üzvü olanların ?Toylar kralı-3? layihəsində qalıb-qalmayacağını təşkilatçılar deyəcək. Əgər dəvət etsələr, can-başla gələrik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA