Maykl Ceksonun intihar etməsi və ya narkotik qəbulundan ölməsi kimi versiyalar irəli sürülür

img

10-07-2009 [11:21]


Pop musiqisinin kralı Maykl Ceksonun ölümü ilə bağlı cinayət işi açıla bilər. Bu barədə CNN telekanalı mərhumun ailəsinə yaxın mənbəyə istinadən xəbər verib. Məlumata görə, M.Ceksonun cəsədi iki dəfə yarılsa da, hələ ki, onun ölüm səbəbi açıqlanmayıb. Los-Anceles polisinin rəhbəri Uilyam Bretton bildirib ki, bu, yalnız toksikoloji analizin nəticələrindən sonra məlum olacaq. Məşhur ifaçının dozadan artıq dərman qəbul etməsi, intihar etməsi və ya narkotik qəbulundan ölməsi kimi versiyalar irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA