Rüfət Axundov: ?Bazarımız ?xod? gedir?

img

09-07-2009 [03:49]


Yayın bu qızmar çağında müğənni Rüfət Axundov istirahətə vaxt tapmır. Çünki iştirak etdiyi tədbirlər çoxdur. Müğənninin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, o, bəzi sənətçilərdən fərqli olaraq, hər gün tədbirlərə dəvət alır: ?Dəvətlərimin sayı?hesabı yoxdur. Çalışıram ki, hər birində iştirak edim?,- deyən müğənni istirahət barəsində də düşünür. Qeyd edək ki, o, istirahətini avqust ayına planlaşdırıb. Hələ bunun üçün məkan da seçib: ?Avqust ayı dincəlmək üçün ən gözəl aydır. Həm istilərin gur vaxtıdır, həmdə şəhərdən uzaqlaşmağın zamanıdır. Odur ki, qarşıdan gələn avqust ayının elə ilk günündə şəhərdən uzaqlaşacam. Türkiyənin İstanbul şəhəri dincəlmək üçün səfalı yerdir?. Elariz Məmmədoğlunun dünyadakı maliyyə böhranının müğənnilərə daha çox təsir etdiyini bildirməsinə isə R.Axundovun cavabı belə oldu: ?O, Elariz Məmmədoğludur. Görünür böhran onu çatıb. Amma həmkarıma demək istəyirəm ki, maliyyə böhranı hara, sənətçi hara? Şükürlər olsun ki, bazarımız ?xod? gedir. Mən inanmıram ki, bu xalq bizi böhranla üz-üzə qoya?. Müğənni onu da bildirdi ki, istirihət vaxtı həm də yeni mahnılar yazdıracaq. Bunun üçün o, gənc bəstəkar Rəşad Bağırov və Muxtarla iş birliyi qurub. Həmin mahnılar hazır olandan sonra, sentyabrda tamaşaçıların ixtiyarına veriləcək. Sonda müğənni onu da bildirdi ki, üzərində işlər gedən bu mahnıların birinə klip versiyası da planlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA