Şuza Teatrı 42 gün istirahət edəcək

img

09-07-2009 [03:46]


Şuşa Dövlət Teatrı istirahətə yollanıb. Amma başqa teatr ocaqlarından fərqli olaraq, bu kollektiv məzuniyyətdən tez qayıdacaq. Müstəqil İnformasiya Agentliyinə teatrdan verilən məlumata görə, yaradıcı heyət nə az, nə çox - 42 gün istirahət edəcək. Qeyd edək ki, Şuşa Teatrının aktyorları iyulun 1-dən, idarə heyətinin üzvləri isə iyulun 7-dən məzuniyyətə yollanıblar. Avqustun 12-də iş başına qayıdacaq teatr kollektivi rejissor Loğman Kərimovun quruluş verdiyi tamaşaya qaldığı yerdən davam edəcək. Teatr yeni mövsümünü isə sentyabrın 17-də açıq elan edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA