Mədəniyyət Fondu yeni tədbirə hazırlazır

img

08-07-2009 [03:39]


#601;niyyət Fondu yubileyə hazırlaşır. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat sözügedən Fondun direktoru Rafiq Kəşənli tərəfindən verilib. Qeyd edək ki, bu dəfə yubiley mərasimi Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Firuz Xudaverdiyevin 70 illiyinə həsr olunacaq: ?Firuz Xudaverdiyevin 70 ilik yubiley mərasimi ilk olaraq Xırdalan qəsəbəsində keçiriləcək. Bu mərasim yaxın günlərdə baş tutacaq. Həmin tədbirdə Xırdalan rayon İcra Hakimiyyətinin başçısı da iştirak edəcək. Bundan başqa, rayonun tanınmış zəhmətkeşləri də görüşə dəvət olunublar. Dəvətlilər arasında Akademik Milli Dram Tetarının aktyorları üstünlük təşkil edir?. Direktorun sözlərinə görə, yubiley günü Xırdalan zəhmətkeşləri Mədəniyyət Fondunun nəzdində fəaliyyət göstərən ?Sönməyən ulduzlar? Assosasiyasının səhnələşdirdiyi tamaşalardan parçalar nümayiş etdiriləcək: ?Xırda səhnəciklərlə yanaşı, repertuarımızda olan ?Ər və arvad? əsəri əsasında səhnələşdirilən tamaşa da təqdim edələcək. Yubiley mərasimi daha sonra uyulun 31-i Mədəniyyət Fondunda davam etdiriləcək? Direktorun fondun digər planlarından da söz açıb. Onun dediyinə görə, hazırda ?Sönməyən ulduzlar? Assosasiyasında Nazim Hikmətin ?Qəribə adam? əsəri əsasında məşqlər gedir: ?Biz yola salmağa hazırlaşdığımız mövsümdə Nazim Hikmətin ?Qəribə adam? əsərinə müraciət etdik. Çox güman ki, əsər tamaşaçılara oktyabr ayında təqdim ediləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA