Taleh Şahsuvarlı Müdafiə Nazirliyinin mövqeyi ilə razılazmır

img

08-07-2009 [11:42]


?Müdafiə Nazirliyinin ?Reytinq? qəzetində dərc olunan ?Döyüş və söyüş vərəqələri? adlı yazımla bağlı Mətbuat Şurasına müraciətini təəccüb, təəssüf və sevinclə qarşıladım?. ?Reytinq? qəzetinin 5 iyul sayında dərc olunan ?Döyüş və söyüş vərəqələri? adlı yazının müəllifi Taleh Şahsuvarlı ?Media forum? saytına açıqlamasında belə deyib. ?Reytinq? qəzetinin 5 iyul sayında T.Şahsuvarlının ?Döyüş və söyüş vərəqələri? adlı yazısı dərc olunub. Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev ?Media forum? saytına açıqlamasında bildirib ki, məqalə ilə bağlı ölçü götürülməsi üçün Mətbuat Şurasına müraciət ediblər. T.Abdullayev məsələ ilə bağlı başqa addımlar atacaqlarını da istisna etməyib. Nazirlik hesab edir ki, məqalə müəllifi vətəndaşları itaətsizliyə - övladlarını əsgərliyə verməməyə çağırıb. T.Şahsuvarlı sayta açıqlamasında belə bir çağırışla çıxış etmədiyini bildirib: ?Təhqir etmədən və böhtan atmadan hər bir jurnalistin istənilən dövlət qurumunun və vəzifəli şəxsin fəaliyyətini tənqid etmək hüququ var. Mən Müdafiə Nazirliyi sözçüsünün açıqlamasını oxuyandan sonra yazımı bir daha gözdən keçirdim, orada hər hansı təhqir və böhtan elementi görmədim?. Jurnalistin arqumentinə görə, vətəndaş itaətsizlyi dünyada çoxdan qəbul edilmiş demokratik etiraz formalarından biridir, bu etiraz forması dinc, əxlaqi və hər cür zorakılığın əleyhinə olmaqla bərabər, həm də hüquqi dövlət uğrunda gerçəkləşdirilir. T.Şahsuvarlı qeyd edib ki, Türkiyə mediasında nəinki belə çağırışlar edilir, hətta xüsusi internet saytları fəaliyyət göstərir: ?Bu nüansların hamısını nəzərə almışam və öz yazımda vətəndaş itaətsizliyi yolu ilə Səfər Əbiyevin istefasına nail olmağın mümkünlüyünü vurğulamaqla hörmətli generalın diqqətinə son aylar ordumuzdan gələn xəbərlərin, əsgərlərə verilən işgəncələri xatırlatmışam?. T.Şahsuvarlı deyib ki, çox yaxşı olardi ki, Müdafiə Nazirliyi Mətbuat Şurasına müraciət etmək əvəzinə yazının müəllifi kimi birbaşa özümlə əlaqə saxlayaydı: ?Müdafiə Nazirliyinin mətbuat xidməti bu təşəbbüsü göstərməyib, mən özüm onlara müraciət edirəm: Cənab Səfər Əbiyev, xahiş edirəm sizdən müsahibə götürməyim üçün mənə bir saat vaxt ayırasınız! Nazirliyin funksiyalarını nəzərə alaraq sualları son dərəcə diqqətlə müəyyənləşdirəcəyimi və çapa getməzdən əvvəl müsahibənin mətninin mətbuat xidmətinin rəhbəri ilə razılaşdırmağa hazır olduğumu bəri başdan bəyan edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR