Yalçın Rzazadənin oğlu Əbülfəs Qarayevi xalq artistinə qarzı diqqətsizlikdə suçladı

img

07-07-2009 [04:11]


Xalq artisti Yalçın Rzazadə ürəyindən əməliyyat olunmaq üçün bu gün Bakını tərk edərək, Türkiyəyə gedir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sənətkarın oğlu Yusif Rzazadə məlumat verib. Amma Mədəniyyət və Turizm Nazirliyinin Yalçın Rzazadənin səhhəti ilə bağlı yaydığı məlumat Xalq artistinin ailəsini narazı salıb. ?Mədəniyyət və turizm naziri belə bir sənətkarın səhhəti ilə bağlı məsələsini Səhiyyə Nazirliyinin öhdəsinə atır. Çox gülüncdür. Bəyəm Yalçın Rzazadə Səhiyyə Nazirliyini təmsil edir, yoxsa Mədəniyyət və Turizm Nazirliyini? Belə nazirliyə nə deyəsən? Bir nazir ki, kimə gəldi - sənəti oldu, ya olmadı,- ?Xalq artisti? fəxri adını paylaya, həmin şəxs Yalçın Rzazadə sənətini necə dəyərləndirə bilər? Bunun üçün Yalçın Rzazadə sənətini dərindən başa düşmək və onu qiymətləndirməyi bacarmaq lazımdır. Açığı, onlara cavab vermək bizim üçün ürək ağrısıdır. Ürəyimiz bulanır onların bu iyrənc açıqlamalarını eşidəndə. Biz nə o nazirliyi tanıyırıq, nə də onun nazirini. Yalçın Rzazədinin səhhəti ilə bağlı yaranmış problemin Səhiyyə Nazirliyinin üzərinə atılmasının səbəbi göz qarşısındadır. Çünki Yalçın müəllim onların səhv hərəkəti ilə bağlı mətbuata açıqlamalar verdi. Onlar isə bunun heyfini bu yolla çıxırlar?,- deyən sənətkarın oğlu, onu da bildirdi ki, Y.Rzazadənin istər Türkiyədə, istərsə də Azərbaycanda yaxşı və imkanlı dostları var: ?Onlar atama məsləhət bildilər ki, bu məsələ həll olunmalıdır. Yəni atamın səhhətinə görə narahat idilər. Dostlar sağ olsun. Onlar Yalçın muəllimin həyata qayıtması üçün kömək etməyə hazırdır. Atama kömək etmək istəyənlərini arasında Türkiyə vətəndaşları da var. Amma Azərbaycanın o qədər xeyirxah oğlanları var ki??. Yusif Rzazadə deyib ki, atasını əməliyyat edəcək həkim Avropada daha çox tanınır. İngiltərə, Amerika, Türkiyədə çoxlu əməliyyatlar edib. Bu səbəbdən də atasının vətənə sağ və salamat dönəcəyinə böyük ümidlər bəsləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA