Musiqili Komediya Teatrı tamazaçıları ilə ?O olmasın, bu olsun?la vidalazacaq

img

06-07-2009 [05:06]


Musiqili Komediya Teatrı 15 iyulda mövsümlə əlaqədar olaraq bağlanır. Teatrın aparıcı aktyoru Novruz Qartalın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, çalışdığı teatr istirahətə həmişə digər teatrlardan gec gedir: ?Bu, rəhmətlik Hacıbaba Bağırovun dövründən belədir. Teatr rəhbərliyi qərar verib ki, bu dəfə tamaşaçılarla Üzeyir Hacıbəyovun ?O olmasın, bu olsun? əsəri ilə vidalaşaq. Hazırda bu əsər üzərində məşqlər gedir?. N.Qartal onu da bildirib ki, sözügedən teatr müraciət etdiyi əsərlərdən birini tamaşaçılara təqdim edə bilməyib. Buna səbəb isə teatrın sənətkarlarından birinin dünyasını dəyişməsidir: ?Gələn mövsümdə biz həmin tamaşanı qaldığı yerdən davam etdirib təqdim edəcəyik?. Qeyd edək ki, Bakıdakı digər teatrların kollektivindən fərqli olaraq, Musiqili Komediya Teatrının əməkdaşları avqustun 26-sı istirahətlərini başa vurub, iş başına dönəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA