?Neftçi? ?inter?i məğlub edərək qızıl medala sahib çıxıb

img

04-07-2009 [12:02]


Premyer-liqa klublarının nəzdində fəaliyyət göstərən 17 yaşlı futbolçuların çempionatında qalib və mükafatçıların adlarına aydınlıq gəlib. Azərbaycan Futbol Feredasiyaları Assosasiyasından verilən məlumata görə, çempionatın qalibi adını ?Neftçi? klubu qazanıb. Imişlinin Heydər Əliyev adına stadionunun əsas meydançasında keçirilən final görüşündə flaqman Bakının digər klubu ?İnter?i 1-0 hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb. Üçüncü yer uğrunda görüşdə isə ?Xəzər-Lənkəran? ilə ?Turan? kollektivləri üz-üzə gəlib. Bu qarşılaşmadan 3-1 hesablı ilə qalib ayrılan Lənkəran komandası bürünc medala sahib çıxıb. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA