TUMiB jurnalistlər arasında yazı müsabiqəsi elan edib

img

03-07-2009 [08:18]


?Türkiyə Universitetləri Məzunları? İctimai Birliyi (TUMİB) 15 sentyabr - Bakının erməni işğalından azad olunmasının 91-ci ildönümü münasibətilə jurnalistlər arasında yazı müsabiqəsi elan edib. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında TUMİB sədri Çingiz Bayramov məlumat verib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, TUMİB sədri bildirib ki, müsabiqədə ilk üç yeri tutan jurnalistlər pul və diplomla təltif olunacaqlar: ?Yazıların qəbulu iyul ayının 6-dan sentyabrın 1-nə kimi davam edəcək. Birinci yeri tutan jurnalistə 150, ikinci yerin sahibinə 100, üçüncü yerin tutan media təmsilçisinə isə 50 manat mükafat veriləcək. Qaliblər sentyabrın 15-də Yaşıl Teatrda keçiriləcək bayram tədbirində təltif olunacaqlar?. Çingiz Bayramov deyib ki, rəhbərlik etdiyi qurum 15 sentyabr tarixini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Onun sözlərinə görə, bayram tədbirləri çərçivəsində Gəncədə elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulur: ?Həmin axşam Gəncənin mərkəzi meydanlarının birində tanınmış səhnə ustalarının iştirakı ilə bayram konsertinin keçirilməsi də planlaşdırılır?. TUMİB sədrinin sözlərinə görə, Göyçay şəhərində də analoji tədbirlərin keçirilməsi nəzərdə tutulur. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Bülənt Uğur isə 15 sentyabr 1918-ci il hadisələrinin 91-ci ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərin onlar tərəfindən maliyyələşdiriləcəyini bildirib. Diplomat iki qardaş xalq arasındakı milli-mənəvi əlaqələrin daha da güclənməsi üçün bundan sonra da əllərindən gələni edəcəklərini deyib. TUMİB rəhbərliyində təmsil olunan tanınmış jurnalist Seymur Verdizadə isə müsabiqənin nəticəsinin obyektiv olacağını vurğulayıb. Seymur Verdizadə deyib ki, qaliblər peşəkar jurnalistlərdən formalaşacaq münsiflər heyəti tərəfindən müəyyən olunacaq. TUMİB rəsmisi obyektivliyi təmin etmək üçün jüri üzvlərinin adlarının gizli saxlanıldığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR