Eynulla Fətullayevin atası beynəlxalq ictimaiyyətin dəstəyindən məmnun qaldıqlarını deyir

img

03-07-2009 [07:53]


?Eynulla ilə ötən həftə görüşmüşəm. İki gün əvvəl isə telefonla danışdım. Özünü yaxşı hiss edir. Saxlanılma şəraitindən heç bir şikayəti yoxdur. Amma günahsız yerə məhbəs həyatı yaşamağı ilə barışa bilmir. Artıq iki il iki aydır ki, Eynulla törətmədiyi əməlin cəzasını çəkir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (MİA) açıqlamasında ?Realnıy Azerbaydjan? və ?Gündəlik Azərbaycan? qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev deyib. Emin Fətullayev MİA-nın əməkdaşı ilə söhbətində Avropa İnsan Haqları Məhkəməsindən ədalətli qərar gözlədiklərini də bildirib: ?Yerli məhkəmə instansiyaları Eynullanın iddiasını təmin etmədi. Tələb olunan hüquqi proseduru başa çatdırıb, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik. Eynulla ona dəyən maddi və mənəvi ziyana görə Azərbaycan hakimiyyətindən təzminat tələb edir. Avropa İnsan Haqları Məhkəməsi bununla bağlı Azərbaycan hakimiyyətindən izahat tələb edir. Nüfuzlu məhkəmə instansiyasının Azərbaycan hakimiyyətinə verdiyi vaxt bu gün başa çatır. Yəqin ki, yaxın günlərdə məhkəmə öz qərarını elan edəcək?. Məhbus jurnalistin atası oğlunun Azərbaycan hakimiyyətindən tələb etdiyi maddi təzminatın məbləğini açıqlamaqdan imtina edib: ?Eynullanın iki qəzeti, bir jurnalı bağlanılıb. Redaksiyaların texniki avadanlığı yararsız hala salınıb. Eynullanın tələb etdiyi məbləğ hakimiyyətin bu hərəkətinə adekvatdır?. Emin Fətullayev beynəlxalq ictimaiyyətin dəstəyindən məmnun qaldıqlarını da deyib: ?Bu günə kimi müxtəlif ölkələrdən 13 min məktub və açıqca almışıq. Eynullaya dəstək verən insanlar Yaponiyadan Kanadaya kimi böyük bir coğrafiyanı təmsil edirlər. Eynullanın müdafiəsinə qalxan insanların arasında Avropanın nüfuzlu din xadimləri də var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR