Mətbuat Şurasında ?Cənubi Azərbaycan mətbuatı tarixi? kitabının təqdimatı keçiriləcək

img

03-07-2009 [03:42]


Mətbuat Şurasında iyulun 7-də saat 15.00-da ?Cənubi Azərbaycan mətbuatı tarixi? kitabının təqdimatı keçiriləcək. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dossenti, filologiya elmləri namizədi Pərvanə Məmmədlinin çoxillik elmi axtarışlarının bəhrəsi olan əsərdə Təbrizdə ?Azərbaycan? adlı (1858-ci il) ilk rəsmi qəzetin işıq üzü görməsindən bu günədək Cənubi Azərbaycanda çap edilən mətbu nəşrlər barədə müfəssəl məlumatlar yer alıb. Girişdən, 8 bölümdən ibarət qiymətli məxəzdə həmçinin 151 ildə keçilmiş yolu əks etdirən dəyərli sənədlər də toplanıb. Tanınmış alim və mütəxəssislərin rəy verdiyi kitab 2009-cu ildə ?Elm? nəşriyyatında buraxılıb. Təqdimatda onlarla yanaşı kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR