Telekanallar cazmen Cavan Zeynallıdan pul istəyir

img

03-07-2009 [03:35]


Əməkdar artist, tanınmış cazmen Cavan Zeynallı yeni mahnılar üzərində işləyir. Miğənninin prodüsseri Röya Zeynallı Müstəqil İnformasiya Agentliyinə deyib ki, Cavan Zeynallının yazdırdığı yeni mahnıların əksəriyyəti ingilis dilindədir. ?Bilirsiniz ki, Cavan Zeynallı ingils dilində mahnıları çox gözəl ifa edir. Ümumiyyətlə, Cavan həmişə çalışır ki, onun repertuarında ingilis dilində də mahnılar olsun?,- deyən Röya xanım bildirib ki, bir-birindən gözəl mahnılar yazdıran C.Zeynallı yeni klip çəkdirmək barədə düşünmür: ?Cavanın gözəl klipləri var. O kliplər telekanallara verilib. Amma həmin kliplərin biri də yayınlanmır. Bütün günü efirlərdə Rusiyanın, Türkiyənin istər səviyyəli, istərsədə səviyyəsiz klipləri nümayiş olunur, Cavanın kliplərinin yayınına görə isə pul istəyirlər. Cavan Zeynallı, İlhamə Quliyeva, Flora Kərimova, Yalçın Rzazadə, Mübariz Tağıyev kimi sənətkarların yaradıcılığının nümayişdəndən pul istəmək isə mədəniyyətə kölgə salmaqdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA