Dağıstan gənclərinin Azərbaycana səfəri olacaq

img

03-07-2009 [02:57]


03-07 iyul 2009-cu il tarixlərində Dağıstan Respublikasının Gənclər Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu səfərin digərlərindən fərqi qonaqların Bakıda deyil, məhz Azərbaycanın ən səfalı guşələrindən olan Quba, Qusar zonalarına getmələridir. Dağıstan Respublikasının Gənclər Naziri Zaur Qəhrimanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qubanın tarixi, mədəniyyəti ilə yaxından tanış olduqdan sonra, 4 iyul tarixində Qusara yollanacaq. Qusarda Mərkəzi Şəkil Qalereyasında Azərbaycan və Dağıstan gənclərinin əl işləri nümayiş olunacaq. Eyni zamanda hər iki ölkənin istedadlı gənclərinin iştirakı ilə konsert proqramı da təşkil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR