Zaur Həzimov: ?Rosenborq?la oyuna qələbə üçün çıxacağıq?

img

03-07-2009 [02:22]


?Futbolçu peşəkar olmalıdır. Məşqçi onu harda oynadırsa, demək belə uyğun görür. Düzdü, ola bilər ki, futbolçu başqa arzuda olsun. Amma bizim komandada elə mühit formalaşıb ki, həqiqətən mövqe söhbəti yoxdur. Çünki, hamımız bir kollektiv halında bir-birimizə ?isti? yanaşa bilirik?. Qol.Az-ın məlumatına görə, bu sözləri ?Qarabağ?ın üzvü Zaur Həşimov klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Təcrübəli futbolçu bildirib ki, ?Rosenborq?la oyuna qələbə üçün çıxacaqlar: ?İndi qarşıdan ?Rosenborq?la oyun gəlir. Durub indi desəm ki, onları yüz faiz udacağıq, yalan olar. Biz oyuna udmaq üçün çıxacağıq. Çünki, 12 oyundu məğlubiyyətin nə olduğunu bilmirik. Düzdü, Azərbaycan çempionatı ilə Avrokubok eyni deyil. Amma biz sübut etmişik ki, hədəfə köklənməyi bacarırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA