Yapı Kredit Bank və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi beynəlxalq konfran təzkil edir

img

02-07-2009 [04:08]


[b]Konfransda komitə sədri Rüfət Aslanlı da çıxış edəcək[/b] Yapı Kredit Bankı və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 3 iyul 2009-cu il tarixində Bakı, Azərbaycanda ?Azərbaycanda İşgüzar İstiqraz Bazarının İnkişafı? mövzusunda beynəlxalq konfrans təşkil edəcək. Konfransın məqsədi Azərbaycanın özəl sektorunda fəaliyyət göstərən şirkətlərin işgüzar istiqrazlar vasitəsilə borc götürmə mexanizmini və istiqrazı tədavülə buraxanlar və investorlar arasında əlaqələrin təkmilləşdirilməsini müzakirə etməkdir. Parlamentin İqtisadi Siyasət üzrə Komitəsi, beynəlxalq investorlar və müəssisələr, səhmdar cəmiyyətlər, maliyyə qurumları, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası konfransın iştirakçıları olacaqlar. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanovun çıxışı ilə yanaşı, Yapi Kredit Bankın İdarə Heyətinin üzvü ve icracı baş direktörü cənab Faik Açıkalın konfransın açılış iclasında çıxış edəcək, lakin sonra ?Yapı Kredit İnvest?in baş meneceri cənab Ahmet Yildirim və ?Yapı Kredit Bank?ın icraçı vitse prezidenti cənab Mert Yazıcıoğlu təqdimat edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 18.07.2025

DİM məlumat yayıb