?Atəzgah məbədi?nin mühafizəsinə və bərpası üçün Əbülfəs Qarayevin sərəncamına 1 milyon manat verildi

img

01-07-2009 [09:24]


Azərbaycan Prezidenti İlham Əliyev ?Atəşgah məbədi? dövlət tarix-memarlıq qoruğunun mühafizəsi və maddi-texniki təminatı barədə sərəncam imzalayıb. Sərəncam əsasən ?Atəşgah məbədi? Dövlət tarix-memarlıq qoruğunun mühafizəsinin təkmilləşdirilməsi və onun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədi ilə qoruğun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və ?Atəşgah? tarixi muzey mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bu vəsaitdən cəmərəli istifadə edərək ?Atəşgah məbədi? dövlət tarix-memarlıq qoruğunun mühafizəsini təmin etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA