Türk qızı ilə evlənmək istəyən müğənni Azərbaycanı tərk etməyə hazırlazır

img

01-07-2009 [06:11]


Müğənni Qismət Məmmədzadə Azərbaycan şou-biznesini tərk edir. Müstəqil İnformasiya Agentliyinə bu məlumatı müğənninin özü verib. Qeyd edək ki, müğənninin Azərbaycanı tərk edib qonşu Türkiyəyə sığınmasında ?İmperator? İbrahim Tatlısəsin adı hallanırdı. Q.Məmmədzadə isə sözügedən ölkənin şou-biznesinə pənah aparmasında İ.Tatlısəsin rolunun olmadığını deyir: ?Əgər yadınızdadırsa, iki il bundan əvvəl İbrahim Tatlısəs mənim sənətim barəmdə çox yüksək fikirlər söyləmişdi. Açığı, həmin çıxışdan sonra şou-biznes əhli elə bildi ki, o, məni Türkiyəyə aparacaq. Amma aparmadı?. Müğənninin dediyinə görə, Azərbaycanda sənətdən söhbət getmir, ancaq qalmaqallardan danışmaq lazımdır. ?Mən isə qalmaqal adamı deyiləm. Odur ki, qədrin harda, qiymətin orda-deyib atalar. Ona görə də Türkiyəyə getməyə hazırlaşıram. Özü də bu səfər həmişəlik ola bilər. Hazırda bununla bağlı danışıqlar gedir. Bir neçə layihələrim var. Bu layihələr Türkiyədə həyata keçəcəyindən Azərbaycanda əlim heç bir işə yatmır?,-deyən müğənni bildirib ki, Türkiyədə işləməsi üçün ona dəvət sözügedən ölkədən gəlib: ?Yaxın günlərdə bu barədə məlumat veriləcək. Çox çalışdım ki, subaylığın daşını atam, amma ata bilmədim. Bəlkə də bu, işin gözəl tərəfidir. Çünki Türkiyəyə gedirəm. Ola bilsin ki, qismətimi orada tapım. Türk qızı ilə evlənsəm, yəqin ki, xeyrimə olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA