Mahal ismayıloğlu 2 il azadlıqdan zərti məhrum edildi

img

01-07-2009 [11:39]


Abşeron rayon Məhkəməsində ?Xalq qəzeti?nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Şəmsəddin Abbasovun sədrliyi ilə keçirilən prosesdə M.İsmayıloğluna hökm oxunub. Hökmə əsasən M.İsmayıloğlu barəsində 2 il azadlıqdan şərti məhrum edilməsi haqda qərar verilib. M.İsmayılov isə hömlə razılaşmır və Apellyasiya Məhkəməsinə müraciət edəcəyini bildirib. Məlumat üçün bilrirək ki, M.İsmayıloğlu ötən ilin iyununda bağ qonşusu, polis zabiti Vahid İmanovun qulluqçusu Nəsibə Səfərovanın şikayəti üzrə istintaqa cəlb olunub. O, Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə ittiham olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR