?Media Açarı? müsabiqəsinə sənəd qəbulu yekunlazıb

img

30-06-2009 [06:44]


Bu gün saat 17:00-da ?Media Açarı? müsabiqəsinə sənəd qəbulu başa çatıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə müsabiqənin təşkilatçılarından olan Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli məlumat verib. Yadigar Məmmədli deyib ki, yarışmada iştirak etmək üçün ötən bir ay ərzində onlara 50-dən artıq jurnalist müraciət edib. DJL sədri bildirib ki, ötən illərdən fərqli olaraq, bu il dörd janr, altı mövzu üzrə sənəd qəbul ediblər. İddialılar arasında həm iqtidar, həm də müxalifət qəzetlərinin təmsilçiləri var. Qaliblərə simvolik ?Media Açarı?, diplom və 400 manat pul hədiyyə oluncaq. Yadigar Məmmədli qaliblərin münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcəyini də bildirib. Onun sözlərinə görə, münsiflər heyətində təmsil olunacaq peşəkar jurnalistlərin adları hələlik məlum deyil. DJL sədri bunu son illər münsiflər heyətinə qarşı təzyiqlərin artması ilə əlaqələndirib: ?Obyektivliyi təmin etmək üçün müsabiqə başa çatana kimi jüri üzvlərinin adlarını gizli saxlayacağıq. Münsiflərin adlarını qaliblərlə eyni gündə açıqlayacağıq. Ən yaxşı yazıların müsabiqədə birinci yeri tutacağına heç kim şübhə etməməlidir?. Sonda Yadigar Məmmədli bildirib ki, ötən illərdən fərqli olaraq, bu il həm təsisçilər, həm də ?Media Açarı?nın dəyişməz sponsoru olan ?Azərcell? şirkəti jurnalistlərə xüsusi mükafatlar təqdim edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR