?Əks-səda? Beyənəlxalq Jurnalist Tədqiqatları Mərkəzi Lənkaran qadınları ilə görüz keçirib

img

30-06-2009 [05:24]


?Əks-səda? Beyənəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi 29 iyun-da Lənkəran şəhərində ?Qadın problemləri və cəmiyyət? mövzusunda dəyirmi massa keçirdi. Dəyirmi masada Lənkəranda fəaliyyət göstərən dövlət idarə müəsissələrindən eləcədə ictimai təşkilatlardan olan 25-dək qadın iştirak edib. Mərkəzin sədri S.Kərimova qadınlara layihə haqda məlumat verilib. May ayının 1-dən başlayan layihə çərçivəsində indiyədək görülən işlərdən danışıb. Layihənin eksperti Sədaqət Kamal ? Gender (qadın kişi bərabərliyinin təminatı) haqqında qanun reallaşmasına doğru?mövzusunda mühazirə oxuyub. Tədbirdə iştirak edən fəal xanımlar cənub bölgəsində qadınların ictimai fəalığı üçün heç bir məhdudiyyət olmadığını qeyd edərək onları narahat edən problemlərə bağlı bir sıra təkliflər irəli sürüblər. ?Doğrusu onlarla ünsüyyət zamanı özüm üçün bəzi məlumatları təzələdim. Cənub zonasında qadınlarının mütü və daima ailədə hüquqlarınnı məhdudlaşdırıldığı haqqında yanlış məlumatlar əsasında beynimdə yaranmış təsəvürümü gerçəyi əks etdirmədiyini gördüm- deyə S.Kərimova bildirib- qadınların dəyimi masada fəal iştirak edərək təkliflərlə çıxış etmələri və təşəbüskarlıq göstərmələri mənim diqqətimi çəkdi. Məsələn ,Xanbulaq kənd məktəbinin direktoru Mərziyyə Əliyeva gənc qızların erkən yaşlarından ginekoloji bilgilərin verilməsini çox faydalı ola biləcəyini söylədi.10 saylı Lənkəran şəhər məktəbinin direktor müavini icra nümayəndəliklərində qadınların sayının artırılması təklifi ilə çıxış etdi. Şəhər Təhsil Şöbəsinin metodisti Cəmalə Sadıqova orta məktəblərdə istifadə olunan dərsliklərdə gender bərabərliyinin prinsipləri geniş təbliğ olunmasının vacibliyini vurğulayıb. Velədi kənd məktəbinin direktoru Mahizə Məcidova hazırda Cəzaçəkmə müəsissəsində olan qadınların problemlərinində ana və qadın olduqlarına görə daima diqqətdə saxlamağı onlara kömək edəcəyini qeyd etdi. Lənkəran Şəhər İcra Hakimiyyətinin hüquqşunası Rəmziyyə Şiriyeva qadınlar arasında işsiziliyin aradan qaldırmaq üçün yeni iş yerlərinin açılmasına ciddi ehtiyac olduğunu vurğuladı. Qeyd edək ki, dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi tərəfindən maliyyələşdirilən ?Qadın problemlərinin həlli mövcud vəziyyət və çıxış yolları? layihəsi çərçivəsində keçirilib. Bundan əvvəl bir dəyirmi massa Bakı şəhərində QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilib. 100 respondent arasında qadınların məşğulluq problemlərinin tədqiqi üçün sorğu keçirilib. 20-dək KİV-də qadın problemlərinə həsr olunmuş yazıların monitorinqi aparılıb. Növbəti dəyirmi masalar Gəncədə Qubada və Bakıda keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR