Müğənni Günellə prodüsser Təranə zou-biznesdə yeni qarzıdurmanın əsasını qoyublar

img

30-06-2009 [04:15]


Pişik ləqəbəli müğənni Günel, prodüsser Təranə və jurnalist Cavanşir Babəlioğlu arasında baş verən qalmaqal təzəcə sakitləşmişdi ki, Aygün Kazımovanın ?Xeyir ola? proqramından sonra lentə alınan gizli kadrlar tərəfləri yenidən üz-üzə qoydu. Bu dəfə onlar hüqüq-mühafizə orqanları qarşısında cavab verməli olacaqlar. Çünki prodüsser Təranə xanım şou yazarı C.Babəlioğlunun əməllərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Jurnalist Cavanşir Babəlioğlu isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, əgər qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etsə, qarşılıqlı iddia ərizəsi verəcək: ?Deyirlər ki, məni polisə veriblər. Hələ ki, bir xəbər yoxdur. Olsun, əgər onlardan hansısa məni məhkəməyə versə, mən də qarşılıqlı iddia ərizəsi ilə şikayət edəcəyəm. Çünki lentə alınan kadrlar məndə də var?. C.Babəlioğlu deyib ki, hər şey ?Xeyir ola? verilişindən sonra başlayıb. Veriliş başa çatandan sonra Təranə xanım ona qarşı hücuma keçib: ?Müğənni Xuraman Şuşalı ona mane olmaq üçün qarşısına keçdi. Çalışdı ki, Təranə mənə yaxınlaşmasın. Açığı, mənim o qadınların heç biri ilə problemim yox idi. Onlar nə istədiklərini özləri də bilmir. Dəfələrlə məni təhqir etdilər. Çalışırlar ki, məni özümdən çıxarsınlar. O, qəsdən mənim üstümə gəldi ki, mən əsəbləşərək onu vurum və o, bundan mənə qarşı istifadə eləsin. Təranənin əlində güzgü və daraq vardı və çalışrdı ki, onları başıma vursun. Mən isə özümü müdafiə etmək məqsədiylə onun qolundan tutub yana çəkdim?. C.Babəlioğlunun sözlərinə görə, qadınlar onu təhqir etməkdən də çəkinməyiblər: ?Mən neyləməliyəm ki, Fərruxla Günel ailə həyatı qurmayıb? Günel hansısa səbəbdən bunun heyfini məndən çıxmaq istəyir. Əsassız olaraq, məni təqsirkar bilir. Bütün günü məni söyür. Sanki onu mən ərə verməliydim. Eşitdiyimə görə, hər ikisi boşanma ərizəsi verib. Görün, Təranə 6 il bir yerdə yaşadığı oğlanın başına hansı oyunları açıb. Rəqsanəni şərə salan adamdan istənilən şəri, böhtanı gözləyə bilərəm?. C.Babəlioğlu bildirib ki, saytların birində Təranə xanımın hamilə olması barədə məlumat verilib. ?Deyilənə görə, uşağın atasının 19 yaşı var. Özü də şou-biznes adamıdır, musiqiçidir. 19 yaşlı gənclə oturub-durur, amma məni şərləyir?,- deyən Cavanşir bəy onları başsız qadınlar adlandırmaqdan da çəkinmədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA