Azərbaycan mətbuatına dəstək üçün qlobal kampaniya bazlayır

img

29-06-2009 [02:09]


?Amnesty International? beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda fikir azadlığını müdafiə məqsədilə qlobal kampaniyaya başlayır. İyunun 29-da təşkilatın Avropadakı üzvləri, o cümlədən Böyük Britaniya, Almaniya və Türkiyədəki nümayəndələr Azərbaycanda təzyiqlər altında olan media azadlığını müdafiə məqsədilə küçələrə çıxacaqlar. Bu addım təşkilatın Azərbaycandakı müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarına həmrəylik kampaniyasının bir hissəsidir. İyunun 30-u Azərbaycan parlamenti qeyri-hökumət təşkilatlarının qeydiyyatı və maliyyələşməsi ilə bağlı qanuna dəyişikliyi müzakirəyə çıxaracaq. Bu dəyişikliklər təsdiqlənərsə, media və insan haqları ilə bağlı qeyri-hökumət təşkilatlarına dövlət nəzarəti artacaq. Ölkədə insan hüquqları ilə bağlı çalışan beynəlxalq təşkilatların nümayəndəlikləri üçün də məhdudiyyətlər tətbiq olunacaq. Təşkilatın yaydığı məlumatda belə deyilir. ?Amnesty International?ın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Nikola Dakvors deyib ki, qanunvericiliyə təklif olunan dəyişiklik və xarici radiostansiyaların yayımına qoyulan qadağa Azərbaycanda hökumətin medianı susdurmaq üçün istifadə etdiyi metodlardandır. Bildirilir ki, müstəqil jurnalistlərə qarşı təzyiqlər, onların həbsi və hətta öldürülməsi həll olunmamış problemlər olaraq qalır. Nikola Dakvors onu da deyir ki, müstəqil mediası və vətəndaş cəmiyyəti olmayan cəmiyyət dilsiz-ağızsız cəmiyyətdir. Təşkilat nümayəndəsi əlavə edir ki, prezident İlham Əliyev dövlətin jurnalistlərin hüquqlarını müdafiə etməli olduğunu elan edib. Və artıq vaxtdır ki, Azərbaycan hökuməti özü öz dediyinə və beynəlxalq öhdəliklərinə əməl etsin. Təşkilat təcili addım kimi Milli Məclisi jurnalist və insan hüquqlarını müdafiə təşkilatlarının işinə əngəl törədəcək hər hansı qanun dəyişikliyi həyata keçirməsinlər. [b]Azadliq radiosu[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR