Vüsal Əliyev: ?üzərimə düzən məsuliyyəti gözəl anlayıram?

img

29-06-2009 [01:14]


?Görünür bundan əvvəlki təyinatımın öhdəsindən layiqincə gəldiyimdən və yüksək qiymət aldığımdan, UEFA mənə növbəti təyinatı göndərib. Mən də təyinat aldığım oyuna çox ciddi hazırlaşıram. Həmişə formamı qorumağa çalışıram. Hər gün məşq edirəm ki, oyuna tam hazır yollanıb?. Bu sözləri Qol.Az-a Avropa Liqası çərçivəsində iyulun 23-də keçiriləcək ?Riyeka? (Xorvatiya) - ?Differdanj? (Lüksenburq) oyununun baş hakimi olacaq FİFA referisi Vüsal Əliyev deyib. Əliyev bu qarşılaşmada üzərinə böyük məsuliyyətin düşəcəyini deyib: ?Təbii ki, üzərimə düşən məsuliyyəti gözəl anlayıram. Əlimdən gələni edəcəm ki, ölkəmizi layiqincə təmsil edim və yüksək qiymət alım. Bunu bacarsam növbəti mərhələdə keçiriləcək oyunlara da təyinat almaq şansım artacaq. Eyni zamanda Azərbaycanlı hakimlərin Avropaya daha çox təyinat almasına da şərait yaradacam".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA