Mətbuat Şurası jurnalistlərin mənzil problemilə bağlı prezidentə müraciət edəcək

img

25-06-2009 [06:47]


?Gənc jurnalistlərin mənzil problemini həll etmək üçün bir neçə dəfə təşəbbüslə çıxış etmişik. Hətta bizə Bakı şəhərində müəyyən ərazi də təklif olunub. Amma orada məcburi köçkünlər məskunlaşdığı üçün inşaat işlərinə başlamaq mümkün olmayıb?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədri bildirib ki, jurnalistlərin mənzil problemini həll etmək üçün səylərini davam etdirəcəklər: ?Milli Mətbuat Günü ərəfəsində ölkə prezidenti İlham Əliyevə müraciət edərək, ondan jurnalistlərə mənzil tikmək üçün müvafiq torpaq sahəsinin ayrılmasına köməklik göstərməsini xahiş edəcəyik. Ümid edirik ki, cənab prezident bizim bu müraciətimizə müsbət cavab verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR