Ramiz Quliyev MDB ölkələrinin diasporaları ilə danızıqlar aparır

img

25-06-2009 [02:41]


Bir neçə gün bundan öncə səhnə fəaliyyətinin 45 illik hesabat konsertilə çıxış edən xalq artisti, tanınmış tarzən Ramiz Quliyev yeni layihələrə imza atıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən xalq artistinin sözlərinə görə, hazırda həmin layihələrlə bağlı müzakirələr aparılır. ?Açığını deyim ki, bizim işlər yekunlaşmaq bilmir. Bir konsert başa çatmamış daha ikincisi başlayır. Təzəcə hesabat konserti ilə çıxış etmişdik ki, xarici ölkələrin daha birisindən təklif gəldi. Düzdür, ölkənin adını açıqlamaq istəmirəm. Aparılan danışıqlara görə, bu səfər sentyabr ayında baş tutacaq. Amma bundan başqa MDB ölkələrinin diasporaları ilə danışıqlar aparılır. Əgər bu danışıqlarda razılıq əldə olunsa MDB ölkələrinin 3-də konsert bizim solo konsert proqrammımız baş tutacaq. Çox güman ki, bu da payız aylarında reallaşacaq?. Tarzənin sözlərinə görə, MBD məkanında baş tutacaq konsert həmin ölkələrin orkestrləri ilə birgə baş tutacaq. Onu da qeyd edək ki, tarzən bu ölkələrdə oğlu Əyyub quliyevlə birlikdə çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA