MTRŞ sədri Nuzirəvan Məhərrəmli ilə ANS arasında növbəti söz dueli qızızıb

img

25-06-2009 [02:05]


Xəbər verdiyimiz kimi, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə ANS-in vitse-prezidenti Mirşahin Ağayev arasında növbəti söz dueli başlanıb. Xatırladaq ki, ANS ÇM radiosunda efirə gedən verilişin milli əxlaqa zidd olması barədə verdiyi açıqlamadan sonra M.Ağayev N.Məhərrəmlinin onları gözdən salmaq istədiyini deyib. N.Məhərrəmli isə ?ANS özü-özünü gözdən salıb, kiminsə onu gözdən salmasına ehtiyac yoxdur? sözləri ilə dartışmanın miqyasını böyüdüb. Və son olaraq, ANS Şirkətlər Qrupunun mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov da bu söz duelinə qoşulub. M.Məmmədov anspress.com saytında yerləşdirdiyi ?Şərəf məsələsi? başlıqlı məqaləsində N.Məhərrəmlinin açıqlamasına və ANS-lə bağlı mövqeyinə münasibət bildirib. M.Məmmədov öncə ?MTRŞ sədrinin müsahibəsi incikliklə, təhdidlə dolu idi. Maraqlıdır, görəsən niyə?? sualı ilə müraciət edib. O, yazıb ki, M.Ağayevin ?biz heç bir qanun pozuntusuna yol verməmişik? açıqlaması tamamilə doğrudur. Onun sözlərinə görə, burada heç bir qanun pozuntusundan söhbət gedə bilməz: ?ANS ÇM-də efirə gedən həmin verilişin bütün stenoqramı ANS-PRESS-də dərc olunub. Bir də ki, Nuşirəvan Məhərrəmlinin işi hansısa verilişin öz zövqünə uyğun olaraq pis və ya yaxşı olmasını müəyyənləşdirmək kimi sırf dinləyici işini tərkrarlamaq deyil. Onun bir qurum rəhbəri kimi funksiyalarına daha çox məsələ aiddir. Ölkənin bütün televiziya və radiolarının fəaliyyətini koordinasiya etmək, tele-radio sahəsində yaranmış istənilən problemin həllini sürətləndirmək, bir sözlə bizə - televiziya və radioların fəaliyyətinə kömək etməyə borclu olan qurum olmaq kimi. Daha senzura iddiasına düşmək yox?. M.Məmmədov həmçinin ANS MYMŞ olaraq MTRŞ-lə aralarında olan məsələləri son zamanlar açıb-ağartmadan öz aralarında müzakirə etdiklərini də vurğulayıb. Onun yazdığına görə, N.Məhərrəmli isə bundan tənbehlər, cəzalar buketi hazırlamaq məqsədilə istifadə edib: ?Yaradıcılıq Şurası sədrinin verdiyi musahibə isə onun mahiyyətini açıb-göstərmək üçün bir fürsət oldu. Çünki Nuşirəvan Məhərrəmli proqnozlaşdırıla bilən bir adam olduğundan, onun mövqeyinin necə olacağını biz təxminən bilirdik. Bəlkə də bunu geniş ictimaiyyət bilmirdi. O isə sadəlövhcəsinə özünü cəmiyyətə daha yaxından təqdim etdi. Baxın bu adamın ANS-ə münasibətdə özünü biruzə verən, şəxsi qərəzinə, kininə, nifrətinə. Bu onun müsahibəsindən ayrı-ayrı fraqmentlərdir. ?- ANS özü-özünü gözdən salıb, başqalarının onu gözdən salmasına ehtiyac yoxdur? ANS ÇM-ə verilən cəza çox yüngüldür. Biz bu məsələyə yenidən baxacağıq? Və ya ?Əgər Mirşahin kimiləri milli-mənəvi dəyərlərin nə olduğunu bilmirsə, onda getsin təzədən oxusun?. Bu fikirlər MTRŞ sədrinə məxsusdur. O adama ki, tutduğu post ona obyektiv, qərəzsiz olmağı, bütün kanallara eyni gözlə baxmağı diqtə edir. Yuxarıda mənim sitat gətirdiyim fikirlər isə Nuşirəvan Məhərrəmlinin ölkənin mövcud kanallarından birinə - ANS-ə nə qədər nifrət etdiyini, kin-küdurət bəslədiyini göstərir. Belə bir adam aşıb-daşan nifrətlə, şəxsi qərəzlə Şuraya necə rəhbərlik edə bilir? Özü də tutaq ki, müzakirə olunan lap elə ANS ÇM-dir. Bəs onda niyə Nuşirəvan Məhərrəmli bütünlükdə ANS-i hədəf götürür və onun ?gözdən düşdüyünü? iddia edir? Təsəvvür edin ki, İqtisadi İnkişaf Nazirliyi hansısa bir sahibkarı seçir və həmişə onu qaralayır. Milli Televiziya və Radio Şurasının sədrinin ANS-ə qarşı qərəzli çıxış etməsi, onun rəhbərlərindən birinin ünvanına həqarətlə ?Mirşahin kimilər? deməklə təhqir yolu seçməsi də ona şərəf gətirmir. Həm insan, həm də Moskva Dövlət Universiteti kimi mötəbər bir təhsil ocağını bitirmiş məzun kimi?. M.Məmmədovun yazısı bu cümlələrlə bitir:? Əksinə Mirşahin kimilər Azərbaycanda nə qədər çox olsa, həm dövlət, həm xalq, həm də elə tamaşaçı və dinləyicilər bundan udardı. Və ümid edirəm ki, bunu hamı gözəl başa düşür, o cümlədən cənab Məhərrəmli də!? [b]Yeni Musavat[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR