Prezident kütləvi informasiya nəzrlərinin büdcədən maliyyələzməsi mexanizmini dəyizdi

img

25-06-2009 [01:27]


Prezident İlham Əliyev bir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqda fərman imzalayıb. Fərmana görə, 2010-cu ildən həmin nəşrlər dövlət yardımı ilə bağlı nəzərdə tutulan vəsait hesabına maliyyələşdiriləcək. Nazirlər Kabinetinə tapşırılıb ki, 2010-cu ildən başlayaraq dövlət büdcəsindən maliyyələşən qəzet və jurnalların dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində kütləvi informasiya vasitələrinə dövlət yardımı ilə bağlı nəzərdə tutulan vəsait hesabına maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görsün. Kabinet qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb bir ay müddətində prezidentə təqdim etməlidir. Prezident ?Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında? fərmanı qüvvədən düşmüş hesab edib, ?Uşaq mətbuatının büdcədən maliyyələşdirilməsi haqqında? qərarının qüvvədən düşməsi məsələsinə baxılmasını Milli Məclisə tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR