KiV-in inkizafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi iyunun 25-də mətbuat konfransı keçirəcək

img

24-06-2009 [07:59]


KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iyunun 25-də mətbuat konfransı keçirəcək. ?Trend? İnformasiya Agentliyində saat 12-də başlayacaq mətbuat konfransında fondun fəaliyyət istiqamətləri, maliyyə yardımı almaq üçün müsabiqə qaydaları, ərizə forması, Ekspert Komissiyası haqqında əsasnamə, ekspert komissiyalarının davranış qaydaları, KİV-lərə maliyyə yardımı haqqında müsabiqə elanının mətni açıqlanacaq. Konfransda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu, sədr müavini Vüqar Rəhimzadə, şura üzvləri Rəşad Məcid, Müşfiq Ələsgərli, Bəxtiyar Sadıqov və Əflatun Amaşov da iştirak edərək jurnalistlərin sualların cavablandıracaqlar. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu aprelin 3-də yaradılıb. Nizamnaməyə görə, fondun əsas məqsədi kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra ? layihələr) və digər tədbirləri maliyyələşdirməkdir. Mayın 22-də prezidentin sərəncamı ilə ?Azərmətbuatyayım? Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Səfərli KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna icraçı direktor təyin edilib. Fondun fəaliyyətinə ümumi nəzarəti Müşahidə Şurası həyata keçirir. Dövlət orqanlarından Vüqar Əliyev, Faiq Qurbanov, Zöhrə Əliyeva, KİV-dən Rəşad Məcid, Vüqar Rəhimzadə, Bəxtiyar Sadıqov, jurnalist təşkilatlarından Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Rəhimoğlu Müşahidə Şurasının üzvləri təyin ediliblər. Mayın 26-da Umud Rəhimoğlu Müşahidə Şurasının sədri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR