JuHi əmək hüquqlarının müdafiəsi ilə bağlı müzakirələrə bazlayıb

img

24-06-2009 [05:58]


JuHİ Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi ?Vətəndaşların əmək hüquqlarının qorunmasına dəstək? adlı layihə çərçivəsində bu gün Mətbuat Şurasında Konfrans zalında dəyirmi masa keçirib. Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli deyib ki, Azərbaycan Respublikasının iqtisadi-sosial inkişaf konsepsiyasına uyğun olaraq, 2004-cü ildən etibarən sistemli şəkildə həyata keçirilən proqramlarda, həmçinin, Azərbaycan Respublikasının 2008-2011-ci illərdə iqtisadi-sosial inkişafını ehtiva edən rəsmi sənədlərdə, proqnoz göstəricilərində əsas istiqamətlərdən biri də mövcud iş yerlərinin tam ifadəsi, yeni iş yerlərinin açıqlamasından ibarətdir: ?Aparılan siyasətin uğurlu alınmasını isbatlayan belə bir fakt önə çəkmək olar ki, bu gün Azərbaycanda 500 minə yaxın daimi, 200 minə yaxın mövsümü iş yerlərinin açılmasına dair raport verilib?. M.Ələsgərli onu da bildiririb ki, qeyd edilən problemlərin həllinə yardım göstərmək proqram çərçivəsində internet forum keçirilir: ?İstənilən vətəndaş qarşılaşdığı və həll edə bilmədiyi, həll olunması üçün köməyə ehtiyacı olan suallara www.lent.az/forum/-a müraciət edə, bu yolla suallarına cavab tapa bilər. Həmçinin, bu problemi ictimailəşdirməklə gələcəkdə başqa vətəndaşların da eyni formalı suallarla rastlaşmasına kömək etmiş olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR