Səbail rayonunda Ordu gününü əsgərlərlə qeyd olunub

img

24-06-2009 [05:11]


26 İyun - Azərbaycan Ordusu günü ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin, rayon hərbi komissarlığının, rayon ictimaiyyətinin, gənclərin və veteran təşkilatlarının, Badamdar Bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə rayon ərazisindəki hərbi hissədə bayram tədbiri keçirilib. Hərbi hissənin şəxsi heyətinin və dəvət olunmuş qonaqların iştirakı ilə təşkil olunmuş təntənəli tədbiri giriş sözü ilə ?N? saylı hərbi hissənin qərərgah rəisi polkovnik-leytenant Ədalət Əliyev açaraq əsgər və çavuşları, gizir və zabitləri bayram münasibəti ilə təbrik etmiş, hərbi hissənin şəxsi heyətinin döyüş hazırlığında qazandığı uğurlardan söz açıb. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyləri nəticəsində ordumuza olan diqqət və qayğı gündən-günə artmaqdadır. Hərbi hissənin silah, texniki və digər avadanlıqları, ərzaq təchizatı yüksək səviyyədədir və vətənin keşiyində duran əsgərlərimiz qarşılarına qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə tam hazırdırlar. Ə.Əliyev hərbi hissə ilə sıx əlaqələrin yaradılması və göstərilən köməyə görə Səbail rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Qəzənfər Novruzov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, rayon Veteran Təşkilatları Şurasının sədri Ömər Ağayev, Ağsaqqallar Şurasının sədri Mirhəbib Seyidov və başqaları Azərbaycan ordusunun yaranma tarixindən, onun keçdiyi şanlı döyüş yolundan danışdılar, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında onlara uğurlar arzuladılar. Qeyd olundu ki, Səbail rayon İcra Hakimiyyəti və onun hamiçilik etdiyi cəbhə bölgəsindəki hərbi hissələrin, habelə rayon ərazisində yerləşən hərbi hissələrin şəxsi heyətləri arasında sıx əlaqələr yaradılmışdır. Rayon ictimaiyyətinin nümayəndələri vaxtaşırı həmin hərbi hissələrdə olur, rayonda keçirilən tədbirlərə hərbi hissələrin nümayəndələri də dəvət edilirlər. Rayonun ali və orta təhsil müəssisələrində təhsil alan gənclərin birgə tədbirlərə cəlb olunması, əsgərlərin xidməti ilə yaxından tanış olmaları gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və onların gələcəkdə hərbi xidmətə hazırlaşdırılmasında böyük köməklik göstərir. Bayram münasibəti ilə hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya, həmçinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində qazandıqları uğurlara görə rayonun bir neçə orta məktəbinin ibtidai hərbi hazırlıq müəlliminə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilib. Tədbirin sonunda bayram konserti olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA