Ekologiya və Təbii Sərvətlər Nazirliyi jurnalistləri mükafatlandırıb

img

24-06-2009 [05:06]


Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində ?Beynəlxalq ətraf mühit? günü ilə əlaqədar KİV nümayəndələri arasında ?Ekoloji mövzuda yazılmış ən yaxşı məqalələr və televerilişlər? üzrə keçirilən müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, nazirlik tərəfindən keçirilən müsabiqənin əsas məqsədi məhz ekologiya sahəsini işıqlandıran jurnalistlərin ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanması, təbiətdən davamlı istifadənin təmin olunması, təbliğ edilməsi, əhalinin məlumatlandırılması istiqamətində fəaliyyətlərini dəyərləndirməkdən ibarət olub: ?İctimaiyyət və media mənsubları ilə sıx əməkdaşlığa üstünlük verən nazirlik əhalinin ekoloji maarifləndirilməsi sahəsində jurnalistəlrin rolunu, zəhmətini həmişə yüksək qiymətləndirir. Müsabiqəyə təqdim olunmuş130-a qədər məqalə və verilişlər arasında aparılan seçim nəticəsində ən yaxşı televerilişlərə görə ?Azərbaycan Televiziya və Radio verilişləri? Qapalı Səhmdar Cəmiyyətinin ?Xəbərlər? informasiya proqramının müxbiri Elmir Məmmədov birinci mükafata, İctimai Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Elçin Mirzəyev ikinci mükafata, Azad Azərbaycan Teleradio Yayım Şirkətinin müxbiri İradə Məmmədova isə üçüncü mükafata layiq görülüblər. Kütləvi informasiya vasitələrində dərc olunan məqalələrə görə isə ?Exo? qəzetinin müxbiri Dilarə Əlizadə birinci, ?Paritet? qəzetinin müxbiri Babək Cahandarov ikinci, ?Azerbaydjanskiy Konqress? qəzetinin müxbiri Oksana Bulanova üçüncü mükafatın qadibi olublar?. İ.İbrahimova həmçinin deyib ki, gələcəkdə aktual ekoloji problemlərin araşdırılması, ictimaiyyətin ekoloji maarifləndirilməsi istiqamətində fəaliyyətlərinin aktivləşdirilməsi məqsədilə müsabiqə iştirakçılarından daha 5 nəfərə həvəsləndirici mükafat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR