irəvan Teatrı ?Adəm və Həvva?nın premyerasına hazırlazır

img

24-06-2009 [04:08]


İrəvan Dövlət Azərbaycan Dram Teatrı premyeraya hazırlaşır. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumatı sözügedən teatrın aktrisası Elnarə Heybətova verib. Qeyd edək ki, yaradıcı heyət bu dəfə Elçin Hüseynbəylinin ?Adəm və Həva? adlı əsərini təqdim edəcək: ?Adəm və Həvva? əsəri üzərində məşqlər başa çatıb. Tamaşaya sabah ictimai baxış keçiriləcək. İyunun 27-də isə Mahnı Teatrında tamaşanın təqdimatı olacaq?. Onu da bildirək ki, musiqisi müğənni Sevda Ələkbərzadəyə aid olan bu tamaşa teatrın baş rejissoru Nazim Rüstəmovun quruluşunda təqdim olnucaq. ?Adəm və Həva?nı təhvil verən kollektiv isə yenidən səfərə çıxacaq: ?İyunun 2-si teatr heyəti Kürdəmir, Beyləqan, Sabirabad bölgələrinin tamaşaçıları qarşısında çıxış edəcək. İyunun 6-da isə yenidən Astara, Lerik, Cəlilabad, Lənkəran, Massalı rayonlarında səfərdə olacayıq. Adları çəkilən bu rayonların teatrsevərləri qarşısında yalnız bir tamaşa- Aqşin Babayevin ?Xilaskar?ı ilə çıxış edəcəyik. Tamaşa ulu öndər Heydər Əliyevə həsr edilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA