Georgi Adamiya ?Bakı?da qaldı

img

24-06-2009 [02:14]


?Bakı?nın heyətində qızıl medal qazanan Georgi Adamiya karyerasını elə ?zolaqlılar?ın heyətində davam etdirəcək. Bu haqda Qol.Az-a klubun mətbuat xidmətinin rəhbəri Ruslan Əlişzadə məlumat verib. Klub rəsmisinin sözlərinə görə, gürcü futbolçu qarşıdakı günlərdə komandanın Sloveniyada keçirdiyi təlim-məşq toplanışına qatılacaq. Adamiya ?Bakı?nın prezidenti Hafiz Məmmədovla görüşdükdən sonra komandada qalmağa qərar verib. Gürcü futbolçu hazırda Avstriyadadır. Orada bəzi işləri olduğunu bilirən Adamiya 1-2 günə "Bakı"nı düşərgəsində olacaq. Xatırladaq ki, Adamiyanın ?Xəzər-Lənkəran?a keçəcəyi gözlənilsə də, ?Bakı? aparıcı futbolçusunu heyətində saxlamağı bacardı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA