ildırım Məmmədov :?Telekanallarda ?vətənpərvərlik? verilizlərinə baxanda özüm-özümə nifrət edirəm?

img

23-06-2009 [05:50]


Bu gün Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyi ?Mediada hərbi vətənpərvərlik? mövzusunda dəyirmi masa keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə açan Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli ölkədə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində görüləsi xeyli iş olduğunu bildirib. Hərbi Analitik Tədqiqatlar Mərkəzinin rəhbəri İldırım Məmmədov bu sahədə bir sıra problemlərin qaldığını vurğuladı: ?Bu gün mən bəzi telekanalların həvəslə efirə verdiyi "vətənpərvərlik" verilişlərinə baxanda özüm-özümə nifrət edirəm. Telekanallarda hərbi vətənpərvərliklə bağlı sujetlərdə əsgərlər başı ilə kərpic, mişar daşı bölür. Bu biabırçılıqdır. Əsgər başını kərpicə-daşa vurub özünü bədbəxt etmək üçün deyil. Əgər belədirsə, onda gəlin əsgərlərdən silahları yığaq, hərbi hazırlığı ləğv edək, hər hərbi hissənin yanında bir kərpic zavodu tikək. Bizə lazım deyil ki, əsgər başını daşa-kərpicə vurub dəli olsun. Bu baş bizə kərpic yarmaq üçün deyil, düşmənə qalib gəlmək üçün lazımdır. Bizim əsgərə hərbi hazırlıq, hərbi vətənpərvərlik öyrətmək, əsgəri döyüşə səsləmək, onu ruhlandırmaq lazımdır. Sabah müharibədə erməni Azərbaycan əsgərinə deməyəcək ki, gəl başınla iki ton kərpic yar, torpağı geri qaytarım. Əsgər hərbi təlim səviyyəsi, öz ağlı ilə düşmənə qalib gəlməlidir?. İldırım Məmmədov ölkədəki hərbi vətənpərvərlik səviyyəsindən də narazı olduğunu bildirdi: ?Keçmiş sovetlər dönəmində Bakıda hər küçədə bir-iki yerdə tirlər var idi. Uşaqlar 3-5 qəpiyə tir atırdı. Hədəfə vuranda ona həvəsləndirici hədiyyələr verilirdi. Uşaq da həmin hədiyyələrə görə tirlərə, atıcılığa marağı artırdı. İndi həmin tirlər yığışdırılıb. Ölkədə silah saxlamaq, silah gəzdirmək ən ağır cinayətlərdən hesab edilib, ova çıxmağa qadağa qoyulub. Bəs uşaqda hərbi hazırlıq necə yaransın? Heç olmasa küçələrdə pulla da olsa, həmin tirlər yaradılmalıdır ki, silahla davranmağı, düzgün hədəfə vurmağı öyrənsin. Biz vətəndaşlara həqiqi vətənpərvərliyi öyrətməliyik?. ?Yeni Müsavat? qəzetinin köşə yazarı Zamin Hacı vətənpərvərliyin aşağı səviyyədə olmasının göstəricisi kimi Qarabağ müharibəsində şəhid olan şəxslərə olan münasibəti göstərdi: ?Bakının mərkəzində Şəhidlər Xiyabanı iki hissədən ibarətdir. Birinci hissə "20 yanvar" şəhidlərinin məzarı, ikincisi isə Dağlıq Qarabağ uğrunda həlak olan şəhidlərin məzarlığıdır. "20 yanvar" şəhidlərinin məzarlığı lazımi səviyyədə təmir edilsə də, Qarabağ şəhidlərinin məzarları baxımsızlıqdan ot-alaq içərisindədir. Niyə? Axı onlar nə qədər qəbahət ediblər? Torpağı uğrunda canını fəda verməkdən böyük qəhrəmanlıq ola bilərmi? Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən Fred Asifi, Şirin Mirzəyevi gənc nəsl tanımır. Vətənpərvərliyi təbliğ etmək dövlətin öhdəliyidir. Mətbuatın vəzifəsi yalnız görülən işlərin işıqlandırmaqdır?. ?Üç nöqtə? qəzetinin əməkdaşı Elməddin Muradlı isə vətənpərvərlik səviyyəsinin aşağı olmasında bəzi məmurları günahlandırdı: ?Paytaxt Bakıda hərbi vətənpərvərliklə bağlı bir dənə də olsun reklam lövhəsi yoxdur. Bakıda diş pastasına qədər hər şey reklam olunur. Amma bir lövhədə hərbi vətənpərvərliklə bağlı təbliğat plakatı yoxdur? Bakı şəhər İcra Hakimiyyəti bu məsələlərə diqqət yetirmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR