Sevgililər gününə hazırlıqlar baza çatır

img

23-06-2009 [04:44]


İyunun 29-da saat 19:00-da ?Şur? Musiqi Məkanında 30 İyun - Sevgililər Günü münasibətilə tədbir keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib. Onun sözlərinə görə, artıq tədbirə hazırlıqlar başa çatmaq üzrədir: ?Dəvətnamələr paylanılır. Tədbirin aparıcıları və iştirak edəcək müğənnilər məlumdur. İncəsənət ustalarından Flora Kərimova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Baloğlan Əşrəfov, Mənsum İbrahimov tədbirdə iştirak edəcəklər. Həmçinin Röyanın və Zeynəb Xanlarovanın da tədbirdə iştirak edəcəyi gözlənilir. Tədbirdə iştirak etmək üçün ölkə prezidentinə və xanımına da rəsmi dəvətnamə göndərilib. Ümid edirik ki, prezident və xanımı dəvətimizi yerə salmayacaq. Sevgililər Günü üçün nəzərdə tutulmuş kitaba gəlincə isə kitab tam hazırdır. Amma kitabı çap etmək üçün maliyyə vəsaitimiz çatışmır?. Ə.Zeynallı həmçinin deyib ki, iyunun 30-da Sevgililər gəzintisi də olacaq: ?Gəzinti Şəhidlər Xiyabanından başlayıb Fəxri Xiyabanda başa çatacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR