ilhamə Quliyevanın kimsəni hədələmək fikri yoxdur

img

23-06-2009 [03:00]


?Milli Mədəniyyətin Müdafiəsi? İctimai Birliyinin sədri Jalə Cəfərova xalq artisti İlhamə Quliyevanın verdiyi bəyanatlardan ciddi şəkildə narahat olduğunu deyib. İ.Quliyevanın mətbuat katibi Faiq Ələkbərli isə Müstəqil İnformasiya Agentliyinə bildirib ki, sənətkarın çıxışı hədə-qorxu deyil, ona atılan böhtanlara cavabdır. ?Bəziləri efirə çıxıb İlhamə xanımın ünvanına nə gəldi danışırlar. Hətta ona böhtan atmaqdan da çəkinmirlər. Əgər ?Milli Mədəniyyətin Müdafiəsi? İctimai Birliyinin sədri Jalə Cəfərova İlhamə xanımın çıxışlarını hədə-qorxu kimi təqdim edirsə, biz onun savadına şübhə edirik. Çünki İlhamə xanımın cavabında kimlərisə hədələmək məqsədi güdülmür?,- deyən F.Ələkbərlinin sözlərinə görə, o ki qaldı J.Əliyevanın ?mən İlhamə xanımın çıxışına həyat yoldaşımın yanında baxmağa utanıram?,- söyləməsinə, o, sadəcə olaraq, İlhamə xanımın adından istifadə edib, reklam olunmaq istəyir. Mətbuat rəhbərinin fikrincə, J.Cəfərovanın rəhbəlik etdiyi birliyin reklama ehtiyacı var: ?Amma biz həmin xanımın nəzərinə çatdırırıq ki, əgər ona reklam olunmaq lazımdırsa, başqa yola əl atsın?. F.Ələkbərlinin sözlərinə görə, İlhamə xanım həmişə xalqın rəyini nəzər alan bir sənətkardır: ?O, hər zaman deyir ki, ?görsəm, mənə qarşı təlabat yoxdur, yaxud məni alqışlamırlar, həmin günü səhnədən gedərəm?. Çünki kimlərisə yormaq istəmir. Bu uğurları Jalə xanım görmürsə, deməli, o, yuxudadır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA