RATi-nin əməkdazı Lənkəran Dövlət Universitetinin mühafizəçisi tərəfindən döyülüb

img

23-06-2009 [02:23]


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rasim Əliyev Lənkəran Dövlət Universitetinin mühafizə xidməti tərəfindən fiziki təzyiqə məruz qalıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə RATİ-dən məlumat verilib. Məlumata görə, RATİ nümayəndəsi tələbə Pərviz Əzimovun ali məktəbə qarşı universitetdən qanunsuz xaric edilməsi ilə əlaqədar verdiyi məhkəmə iddiası ilə bağlı şərh almaq istəyib. Lakin universitetin mühafizə əməkdaşı fiziki təzyiq göstərərək, reportyorun bahalı fotoaparatını sındırıb. RATİ ali məktəbin rəhbərliyini məhkəməyə vermək niyyətindədir. Məlumar üçün bildirək ki, Pərviz Əzimov LDU-dan "nizam-intizam qaydalarını pozduğuna görə" xaric edilib. Tələbə özü isə universitetdən qovulmasını "Cənub xəbərləri" qəzetində dərc etdirdiyi yazılarıyla bağlı olduğunu deyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR