Ziyafət Yaqubova pərəstizkarlarını yeni diski və saytı ilə sevindirib

img

22-06-2009 [07:44]


Müğənni Ziyafət Yaqubova yayı yeni yaradıcılıq işləri ilə başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu günlərdə sənətçinin ?Nurlu sabah? studiyasında ?Əlimi burax? adlı sayca ikinci diski işıq üzü görüb. 13 mahnının daxil edildiyi diskdə bəstəkar Şəfiqə Axundova, Gövhər Həsənzadə, Elza İbrazhimova, Sədaqət Arifqızı, Elvin Musayev və Arif Səlimovun bəstələri yer alıb. Müğənni həmkarı Aslan Hüseynovun diskə daxil edilmiş 2 bəstəsindən birinə ? ?Kölgəmdir? adlı mahnıya klip çəkdirməyi də düşünür. Qeyd edək ki, bu mahnını onlar birgə oxuyublar. Lakin tərəflər arasında yaranan müəyyən narazılığa görə klip çəkilişləri ləngiyir. Ziyafət Yaqubovanın www. ziyafet yaqub. com adlı internet saytı da fəaliyyətə başlayıb. Onu da deyək ki, müğənni artıq sadəcə Yaqub soyadı ilə çıxış edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA