Berti Foqtsun cavabı ?Trabzonspor?u məyus etdi

img

22-06-2009 [01:18]


Baş məşqçi postu üçün bir çox mütəxəssislərlə görüşən Türkiyənin ?Trabzonspor? klubu son variant kimi baxdığı millimizin baş məşqçisi Berti Foqtsdan da mənfi cavab alıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son iki ay ərzində yerli və xarici olmaqla 10-a yaxın mütəxəssislə görüşən Qaradəniz təmsilçisi heç bir məşqçi ilə ortaq məxrəcə gələ bilməyib. Millimizin baş məşqçisi Berti Foqts da türkiyəlilərə ?çox təəssüf ki, gələ bilmərəm? deyib. Türkiyə mətbuatının yazdığına görə, ?Trabzonspor? rəsmiləri Foqtsdan mənfi cavab aldıqdan sonra çox məyus olublar. Foqtsdan sonra ?Trabzonspor? rəsmiləri ?Seltik?in baş məşqçisi Kristian Grossla danışıqlara başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA