?Bakı?nın Sloveniyaya iki aparıcı futbolçusuz gedəcək

img

22-06-2009 [01:15]


Azərbaycan çempionu ?Bakı? dünən yeni mövsümün və Çempionlar Liqasının hazırlıq prosesinin ilk mərhələsini başa vurub. Bu günə komandanın məşqi nəzərdə tutulmayıb. Qol.Az-ın məlumatına görə, ?zolaqlılar? sabah hazırlıq prosesinin ikinci mərhələsini keçmək üçün Sloveniyaya yollanacaq. Paytaxt klubu səfərə Bakı-Vyana reysi ilə yollanacaq. Avstriya paytaxtından isə komanda üzvləri hazırlıq prosesinin keçiriləcəyi Ptuy şəhərinə avtobusla gedəcək. ?Bakı? təlim-məşq prosesinə iki aparıcı futbolçusuz yollanacaq. Xalidu Sissoko və Əhməd Ticani komanda ilə birgə səfərə yollanmayacaq. Ticani hazırda Bakıda olsa da, nigeriyalı futbolçu viza problemi ilə üzləşib. Hələ ki, Ticani üçün viza almaq mümkün olmayıb. Xalidu Sissoko isə ümumiyyətlə, hələ Bakıya qayıtmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA