Vətəndaz Cəmiyyətinə Dəstək Koalisiyası rəyini açıqladı

img

20-06-2009 [06:40]


[b]Qurum ?QHT haqqında? qanuna təklif olunan əlavə və dəyişiklikləri pisləyir[/b] Bu rəy Qeyri- Hökümət Təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanunvericilik aktlarına Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin 9 iyun 2009-cu ildə təsdiq etdiyi əlavə və dəyişikliklərə dair qanun layihəsinə əsasən hazırlanıb. Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası hesab edir ki, sözü gedən qanun layihəsi hüquqi qüvvəyə minərsə praktiki olaraq Vətəndaş Cəmiyyəti institutlarının fəaliyyətini məhdudlaşdırmaqla aşağıdakı problemləri yarada bilər; 1. Azərbaycanda mövcud olan əksər Qeyri-Hökümət Təşkilatlarının ümumrespublika coğrafi- ərazi fəaliyyətini məhdudlaşdırır; Belə ki, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu kommisiyası tərəfindən ?Qeyri-Hökumət Təşkilatları (İctimai birliklər və Fondlar) haqqında? qanuna təklif edilən əlavə və dəyişikliklərə dair qanun layihəsinin 6.2 maddəsində qeyd olunur ki, Qeyri- Hökümət Təşkilatının ümumazərbaycan hesab edilməsi üçün təşkilat Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin azı 13- ni əhatə edən filial və nümayəndəliklərə malik olmalıdır. Hazırda Azərbaycan reallığında fəaliyyət göstərən QHT- lərin böyük əksəriyyətinin maddi, texniki və insan resursları imkan vermir ki, ölkə hüdudlarının 13- də onların filial və ya nümayəndəlikləri movcud olsun. Qanunun bu tələbi ödənmədiyi təqdirdə QHT- lərin həmin bölgələrdə fəaliyyət göstərməsi və tədbirlər həyata keçirməsi mümkünsüz olur və ya mücərrəd xarakteri daşıyır. 2. Könüllü ittifaqların, QHT Koalisiyalarının, Alyansların fəaliyyəti qeydiyyata qədər rəsmən yasaqlanır və yüzlərlə fəaliyyətdə olan QHT- lər öz fəaliyyətini dayandırır; Belə ki, ?Qeyri-Hökumət Təşkilatları (İctimai birliklər və Fondlar) haqqında? qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərə dair qanun layihəsinin 16.4 maddəsində qeyd olunur ki, Qeyri- Hökümət Təşkilatı yalnız hüquqi şəxs kimi dövlər qeydiyyatından keçdikdən sonra fəaliyyətə başlayır. Hazırda ölkədə mövcud olan əksər QHT Koalisiyalarının və yüzlərlə Qeyri- Hökümət Təşkilatlarının qeydiyyatsız fəaliyyət gəstərdiyini nəzərə alsaq bu maddə tələbi ilə QHT sektorunda xeyli sayda təşkilatlar öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. Digər tərəfdən nəzərə alaq ki, son zamanlar QHT- lərin Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmasında xeyli problemlər və inzibati baryerlər, süni manelər yaradılır. Qanun layihəsini 16.5- ci maddəsində Qeyri- Hökümət Təşkilatının qeydiyyatsız fəaliyyət göstərməsi ilə bağlı inzibati məsuliyyət və məhkəmə sanksiyaları nəzərdə tutulur. 3. Qeyri- Hökümət Təşkilatlarının qeydiyyatı sərtləşir və çətinləşir; ?Qeyri-Hökumət Təşkilatları (İctimai birliklər və Fondlar) haqqında? qanuna təklif edilən əlavə və dəyişikliklərə aid qanun layihəsinin 16.3 maddəsində ?qeydiyyat üçün müraciət etmiş təşkilatlarla bağlı qeydiyyat orqanının müvafiq icra orqanına sorğu göndərəcəyi? qeyd olunur. Təhlükəsizlik və güc strukturlarının 30 günlük araşdırmasından sonra QHT- lərə veriləcək cavabın siyasi çalarların hökm sürdüyü Azərbaycan reallığında hansı rakusda olacağı çox şübhəsiz ki, həmin təşkilatlarda təmsil olunacaq şəxslərdən və onların indiyə qədər ki, fəaliyyətindən asılı olacaq. 4. QHT- lərin maliyyə və donorlara çıxış imkanları məhdudlaşdırılır. Əlavələrlə bağlı irəli sürülən layihənin 12.5- ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında xarici dövlətlər, habelə xarici hüquqi və fiziki şəxslər tərəfindən mütamadi olaraq maliyələşdirilən xarici ölkələrin qeyri- hökümət təşkilatlarının filial və nümayəndəliklərinin açılmasına yalnız həmin dövlətlərlə müvafiq beynəlxalq müqavilə mövcud olduqda yol verilir. Hazırda Azərbaycanda donor təşkilat funksiyasını yerinə yetirən bir sıra təşkilatların mənsub olduğu ölkələrlə belə müqavilələr yoxdur. 5. Ölkəyə xaricdən qrant layihələri hesabına gətirilən maliyə vəsaitlərinin həcmi minuma enəcək və QHT sektorunda iş yerlərinin sayı azalacaq. İrəli sürülən əlavə və dəyişikliklərlə bağlı layihənin 24.2 maddəsində qeyd olunur ki, ?Qeyri- Hökümət Təşkilatlarının əmlakının 50%- dən artıq hissəsi xarici mənbələr hesabına maliyələşdirilə bilməz?. Bu maddə də mücərrəd olmaqla bərabər yenə də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və gəlir mənbələrinin məhdudlaşdırılmasına xidmət edir. İstər QHT- lərin texniki resursları, istərsə də qrant layihələrinin həcm baxımdan yarıdan çoxunun xarici mənbələr hesabına formalaşmasına qadağanın qoyulması QHT fəlsəfəsinə zidd olmaqla, Azərbaycanın QHT- lərə göstərdiyi mövcud maliyə və texniki dəstəklə müqayisə oluna bilməz. Əlavə və dəyişikliklər təsdiq olunsa Qeyri- Hökümət Təşkilatlarının xarici donorlardan əldə etdikləri maliyyə vəsaitlərinin və texniki resursların minumum enməsinə gətirib çıxaracaq ki, bu da QHT sektorunda iş yerlərinin sayının azalması demək olacaq. 6. Qeyri- Hökümət Təşkilatlarının fəaliyyətinə icra qurumlarının müdaxilə imkanları genişlənir. ?Qeyri-Hökumət Təşkilatları (İctimai birliklər və Fondlar) haqqında? qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərə dair qanun layihəsinin 29.5 maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Qeyri- Hökümət Təşkilatlarının fəaliyyətində qanunvericiliyə əməl olunmasına nəzarəti həyata keçirir. Bu nəzarətin həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu təklifdə də müəyyən boşluqlar və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə müdaxilə halları var. Onsuz da Vergi qurumlari və Dövlət Sosial Müdafiə Fondları Qeyri- Hökümət Təşkilatlarının maliyə fəaliyyətini, Ədliyyə nazirliyi qeydiyyat və hüquqi fəaliyyəti nəzarətdə saxlayır və s. N Ə T İ C Ə. Yuxarıda qeyd edilənləri ümumiləşdirib bu nəticəyə gəlmək mümkündür ki, ?Qeyri-Hökumət Təşkilatları (İctimai birliklər və Fondlar) haqqında? qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərə dair qanun layihəsini ictimaiyyətin müzakirəsinə təqdim etmədən, yerli stiuasiyanı və beynəlxalq təcrübəni nəzərə almadan tələm- tələsik Milli Məclisin müzakirəsinə çıxarılmasını yol verilməzdir. Bu əlavə və dəyişikliklər Qeyri- Hökümət Təşkilatlarının fəaliyyətinin genişlənməsinə və müstəqilləşməsinə deyil, əksinə bu fəaliyyətin daha da məhdudlaşdırılmasına və bir başa hökümətdən asılı vəziyyətə salınmasına xidmət edir. Bu dəyişikliklər həmçinin ?Qeyri-Hökumət Təşkilatları (İctimai birliklər və Fondlar) haqqında? qanuna nəzərdə tutulan əlavə və dəyişikliklər vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı Azərbaycan hökümətinin indiyə qədər vəd etdiyi və yürütdüyü siyasətin, həmçinin prezident İlham Əliyevin 13 dekabr 2007-ci ildə imzaladığı ?Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası?- nın müddəaları ilə zidiyyət təşkil edir. Bu əlavə və dəyişikliklərin qəbul edilməsi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına böyük zərbə vurmaqla, ölkədə mövcud olan 3- cü sektoru hökümətdən və bəzi dövlət məmurlarında tam asılı vəziyyətə gətirəcək, onsuz da QHT sahəsində mövcud olan problemləri daha da dərinləşdirəcək, bir sıra vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin dayandırılmasına və ümumiyyətlə dövlət qeydiyyatına alınmamasna səbəb olacaq. Bu addımın atılması eyni zamanda ölkəyə xaricdən qrant layihələri hesabına gətirilən maliyə vəsaitlərinin minumuma endirilməsi ilə nəticələnə bilər ki, bu da sonda vətəndaş cəmiyyəti institutlarının bütövlükdə iflic olması, minlərlə insanın isə iş yerindən və aylıq gəlirdən məhrum olması deməkdir. T Ə K L İ F L Ə R; 1. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi tərəfindən ?Qeyri-Hökumət Təşkilatları (İctimai birliklər və Fondlar) haqqında? qanuna təklif edilən əlavə və dəyişikliklərə dair qanun layihəsi Milli Məclisin müazkirəsindən ümumiyyətlə çıxarılsın. 2. Qeyri- Hökümət Təşkilatlarının fəaliyyətinə bəzi icra qurumları tərəfindən yaradılan maneələr, dövlət qeydiyyatına alınmasında meydana çıxan süni problemlər və süründürməçiliklər aradan qaldırılsın, QHT- lərin normal fəaliyyəti üçün ofis problemlərinin həlli və maliyyə imkanlarını artırılması yönümündə dövlət səviyyəsində tədbirlər planı hazırlanıb həyata keçirilsin. 3. Prezident yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin səmərəli və effektiv qurulması üçün Şura tərəfindən vətəndaş cəmiyyəti institutları ilə işgüzar məsləhətləşmələrə başlanılsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR