21 iyun - BÜRCLƏR

img

20-06-2009 [04:19]


[b]QOÇ[/b] - Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.

 BUĞA - İqlimin qızmarlığı neçə gündür ki, fiziki yorğunluğunuza səbəb olub. Odur ki, istirahətə daha çox yer ayırın. Günün ikinci yarısında isə uzaq səfərə də çıxmaq olar. ƏKİZLƏR - Ay bürcünüzdə olsa da, təpər tapıb qarşınıza çıxan maneələri dəf edə biləcəksiniz. Günün ikinci yarısında yeni işgüzar əlaqələr qurmaq üçün əzmkarlığınızı artırmalısınız. XƏRÇƏNG - Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin. ŞİR - İyunun bu təqvimində bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, daha çox həzin bir musiqiyə qulaq asasınız. QIZ - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın. Sirlərinizi açmayın. TƏRƏZİ - Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaq üçün bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız. ƏQRƏB - İqlimin qaynarlığı səhhətinizə mənfi təsir göstərə bilər. Bu səbəbdən də ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün olduqca vacibdir. Yeni işlərə başlamayın. OXATAN - Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyə bilər. Sevgi amilinə diqqəti artırın. OĞLAQ - Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi təbiətdə deyil, insanlarda arayasınız. İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün. Gün ərzində soyuq qidalardan uzaq olun. SUTÖKƏN - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Qızmar yayın bu ərəfəsi karyeranız üçün həddindən ziyadə uğurlu ərəfə olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr edin. BALIQLAR - Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA