Azərbaycanda parlament buraxılsın!

img

16-06-2009 [09:04]


[b]Bunun üçün Regional Təhlükəsizlik İnstitutu imzatoplama kampaniyasına başlamağı təklif edir[/b] Son günlər ən çox dartışılan məsələlərdən biri də ?QHT haqqında? qanunda dəyişikliyin olunmasıdır. Xatırladaq ki, bu dəyişiklik yüzlərlə QHT-in iflic halına salınması, son nəticədə vətəndaş cəmiyyətinin buraxılması ilə nəticələnəcək. Artıq bir sıra QHT-lər aktiv bu problemlə baglı fəaliyyətə başlayıb. Bununla əlaqədar Regional Təhlükəsizlik İnstitutu açıqlama verib. Açıqlamada bildirilir ki, son aylar ən mürtəce addımların atılmasında parlamentdən istifadə olunur. Parlamentə göndərilən istənilən dəyişiklik heç bir müzakirə olunmadan qəbul olunur. Bu isə bir daha təsdiqləyir ki, parlament müasir tələblərə cavab vermir. Buna görə cəmiyyət tam gücü ilə Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə çalışmaladır. Buna görə respublika səviyyəsində imzatoplama kampaniyasına başlamağın vaxtıdır. RTİ hesab edir ki, paralel olaraq ?QHT haqqında? qanunda dəyişikliyin nə qədər qanunsuz olmasını beynəlxalq təşkilatların nəzərinə çatdırmaq lazımdır. Bu dəyişikliklər Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə daban-dabana ziddir. RTİ bu qənaətdədir ki, bütün bunlarla bağlı qeydiyyatdan keçən və keçməyən QHT-lər ümumi müraciət imzalamalı və yüzlərlə təşkilat prezidentdən bu dəyişikliyin qarşısının alınmasını tələb etməlidir. RTİ problemin köklü həlli üçün isə dövlət institutlarının fəaliyyətinin ciddi nəzarətdə saxlanılmasını və cəmiyyət üçün hər bir məqamın aşkarlanmasını vacib sayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR