?Azadlıq? radiosunun saytında video-xəbərlər yayımlanacaq

img

16-06-2009 [04:20]


Bu ilin əvvəlindən Azərbaycan Respublikası ərazisində sərbəst yayımı dayandırılan ?Azadlıq? radiosu ölkəmizdəki dinləyici auditoriyasını itirməmək üçün alternativ yollar arayışındadır. Xatırladaq ki, əvvəllər efirə 101.7 FM dalğasından çıxan ?Azadlıq?ın Bakı bürosunun verilişləri indi qısa dalğada yayımlansa da, texniki problemlər üzündən dinləyicilər bu radionun proqramlarına qulaq asa bilmirlər. ?Azadlıq?ın Azərbaycandakı dinləyici auditoriyasının məhdudlaşmasını ?Sorğu? Sosioloji Mərkəzin bu yaxınlarda Bakıdakı dinləyicilər arasında keçirdiyi sorğunun nəticələri də təsdiq edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə adı çəkilən mərkəzdən məlumat verilib. Mərkəz hazırda belə sorğunu regionlarda da keçirir. Qeyd edək ki, ?Azadlıq? radiosunun rəhbərliyi ?Sorğu? Mərkəzinin xarici radiostansiyaların fəaliyyəti ilə bağlı keçirdiyi sorğuların nəticələrinə ciddi önəm verir. MİA-ya məlum olub ki, Azərbaycanda dinləyicilərinin azalmasından ciddi narahat olan ?Azadlıq? radiosunun rəhbərliyi ?azadlıqradiosu.az? İnternet saytının fəaliyyətini gücləndirməyə qərar verib. Radionun Bakı bürosundan verilən məlumata görə, rəhbərlik ?azadlıqradiosu.az? veb-səhifəsinin multimedia xüsusiyyətlərini gücləndirməyə, orada səsli və görüntülü xəbərlərin sayını artırmağı qərara alıb. ?Azadlıq?ın rəhbərliyi tezliklə ?azadlıqradiosu.az? saytında həftəlik 5 dəqiqəlik video-xəbərlər buraxılışı işə salmağı planlaşdırır. ?Azadlıq?ın Bakı bürosunun rus dilində verilişlər yayımlamaq planları da var.

Digər xəbərlər
SON XƏBƏRLƏR