Qafqaz Media Mərkəzinin regional televiziyalar üçün təzkil etdiyi seminar baza çatıb

img

16-06-2009 [01:19]


Qafqaz Media Mərkəzinin regional televiziyaları təmsil edən jurnalistlər ücün təşkil etdiyi növbəti seminar başa çatdı. ?Reportyor sənətkarlığı? mövzusuna həsr edilmiş bu seminarda telejurnalistlərə reportyorluq və telejurnalistika mövzusunda nəzəri məşğələlər keçirildi. Seminarın ikinci bölümündə isə iştirakcilar secdikləri mövzularda televiziya süjetləri hazırladılar. Bu gün isə seminar istirakcılarinin hazirladığı 20-yə yaxın süjetə baxış kecirildi. Baxişda Asiya Dialogu İctimai Birliyinin və Qafqaz Media Mərkəzinin rəhbəri Sevil Nuriyeva, İraqın Türkməneli TV-nın rəhbəri Yalman Ali və baş müəllim Aytən Əliyeva iştirak edirdilər. Süyetlərin təqdim edilməsindən sonra seminar iştirakcılarına sertifaklar təqdim edildi. Həmişə olduğu kimi bu dəfə də seminar iştirakcılarından xüsusi fərqlənənləri Türkiyənin CNN Türk, TRT və ATV kanallarında staj calışmaları gözləyir. Seminar iştirakcılarından bu nailiyyəti İraqın Türkməneli TV-dən Abdulkadır Mohammed Ameen, İrandan İsmayıl Haşimi, Dagıstan televiziyasından Salix Yaxyayev, Gurcüstandan Nana Qriqoliya, Qaquziya təmsilcisi Alyona Terzi, Ahıska türkü Elmira Vəliyeva və Müşfiq Quliyev əldə etdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR