Novella Cəfəroğlu: ?Əsgərlərimiz cəbhə bölgəsində qar kimi bəyaz mələfələrdə yatırlar?

img

12-06-2009 [03:49]


?Baş çəkdiyimiz hərbi hissələrdə ciddi nizam-intizam, qayda-qanun hökm sürür. Əsgərlərimiz səliqəli geyinir, gigiyenik qaydalara əməl edirlər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında cəbhə bölgəsinə səfərdən yeni qayıdan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. Novella Cəfəroğlu bildirib ki, bir qrup millət vəkili və QHT rəhbəri ilə birgə Azərbaycanın qərb bölgəsində yerləşən hərbi hissələrə baş çəkiblər: ?Gədəbəy, Şəmkir, Qazax və Tovuz rayonlarında yerləşən hərbi hissələrdə olduq. Burda əsgərlər üçün hər cür şərait yaradılıb. Əsgər yeməkxanaları təmiz və səliqəlidir. Yeməklərin keyfiyyəti də bizi qane etdi. Kazarmalara da baş çəkdik. Əsgərlərimiz qar kimi bəyaz mələfələrdə yatırlar. Əsgərlərlə fərdi qaydada söhbətlər apardıq. Heç kimdən giley-güzar, şikayət eşitmədik?. Hüquq müdafiəçisi MİA əməkdaşının ?əgər hərbi hissələrdə ciddi qayda-qanun, nizam-intizam hökm sürürsə, niyə bir ayda 12 əsgərimiz həlak olur?? -sualını belə cavablandırıb: ?Siz dediyiniz neqativ hallar aran bölgəsində baş verir. Biz cəbhə bölgəsində heç bir qanun pozuntusunun şahidi olmadıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR