Bakıdakı zadlıq evində pulunu ödəyə bilməyən bəy girov götürülüb

img

11-06-2009 [10:38]


Dəbdəbəli toy mərasimlərindən biri qanıqaraçılıqla yekunlaşıb. Pulunu ödəyə bilməyən toy sahibi polisə verilib. Hadisə iyunun 9-da ?Günəş? şadlıq sarayında baş verib. Qızına toy çaldıran vəkil Vaqif İsmayılov şadlıq evinə 7 min 500 manat borclu qalıb. Bu barədə məlumat verən mərasim iştirakçılarından birinin sözlərinə görə, V.İsmayılov pulu ödəmək üçün möhlət istəsə də ?Günəş? rəhbərliyi onunla razılaşmayıb: ?Şadlıq evinin rəhbərliyi əvvəlcə bəylə-gəlini girov götürmək istəyirdi. Qohum-əqrəbanın xahişindən sonra Vaqif müəllimlə həyat yoldaşı şadlıq sarayında qalası olub. Sarayın rəhbərliyi bildirib ki, yalnız pul ödəndikdən sonra onlar azad ediləcək?. Məlumatı verən mənbə iddia etdi ki, borc ödənmədiyindən hələ də toy sahibləri ?Günəş?in otaqlarından birində saxlanılır. Faktı dəqiqləşdirmək üçün öncə V.İsmayılovla əlaqə saxladıq. Həqiqətən də şadlıq sarayına borcu olduğunu etiraf edən vəkil hazırda evində dincəldiyini söylədi: ?Həqiqətən də şadlıq sarayına borcum qalıb. Lakin razılaşmışıq ki, bir-iki günə ödəyim. Girov götürülməmişəm. Bunu uyduranların məqsədi məni ləkələməkdi. Hamının borcu ola bilər, burada qeyri-adi heç nə yoxdur. Qohum-əqrəbamın köməyi ilə bu borcu tezliklə bağlayacam, məsələni şişirtməyin mənası yoxdur?. ?Günəş? şadlıq sarayında da olduq. Saraya rəhbərlik edən Azər adlı şəxsin işdə olmadığını deyən mühafizəçi burada heç kimin girov saxlanılmadığını söylədi. Şadlıq evinin rəhbərliyində təmsil olunan Mənsur adlı şəxs isə həqiqətən də V.İsmayılovun onlara borcu olduğunu, lakin heç kimin buna görə girov götürülmədiyini bildirdi: ?Biz qanunlara riayət edərək polisə şikayət etmişik. Hazırda Azər müəllim də polis bölməsindədir, gözləyin, gəlib ətraflı məlumat verər?. Şadlıq sarayının giriş zalında gözləyərkən istər-istəməz işçilərin söhbətlərinə qulaq asmalı olduq. Hadisə barədə dünən işdə olmayan yoldaşına məlumat verən şəxs bir az öncə polislərin ?Günəş?ə gələrək vəkili apardıqlarını söyləyirdi. Onun sözlərinə görə, V.İsmayılovun bir neçə nəfərə pul borclu olub. Həmin şəxslər də onun qızına toy etdiyini eşidən kimi şadlıq evinin qarşısını kəsiblər: ?Axşam neçə nəfər gəlib vəkili çölə çağırdı ki, borcumu ver. Hamıya ?atıbmış". Onlar da dedilər ki, pulumuzu almasaq getmərik. Qanı elə qaralmışdı ki, elə bil heç qızının toyu deyildi". Söhbətdən belə anlaşılırdı ki, əlacsız qalan vəkil yığılmış məbləği borc sahiblərinə verib. Şadlıq evinə isə cəmi 1500 manat ödəyə bilib. Nəticədə tərəflər arasında narazılıq yaranıb və ev sahibləri V.İsmayılovu pulu ödəməyincə getməyə qoymayıblar. Məbləğ ödənmədiyindən ?Günəş?in rəhbərliyi polisə müraciət etmək məcburiyyətində qalıb. Təxminən 15 dəqiqədən sonra Azər adlı şəxs də gəlib çıxdı. Müdir bizimlə söhbətində yalnız onu dedi ki, faktla bağlı 17-ci polis bölməsində araşdırma aparılır və vəkil hazırda oradadır: ?Biz ona yüksək səviyyədə xidmət göstərmişik. Toyda da kifayət qədər pul yığıb. Buna baxmayaraq, bizim pulumuzu ödəməyib, biz də qanunun tələb etdiyi formada şikayətimizi etmişik?. Bu işdə zərərçəkən olsa da çalışdığı məkanın adının belə məsələlərdə hallanmasını istəməyən Azər bəy ətraflı danışmaq istəmədi. Xatırladaq ki, ?Günəş?in çox maraqlı keçmişi var. 90-cı illərin əvvəllərində bu məkan Ayaz Mütəllibova məxsus ?Qardaşlıq? adlı təşkilatın mərkəzi ofisi idi. Sonralar bu məkan məşhur iş adamı Yelmar Məmmədova məxsus ?Yelmarbank?ın mərkəzi ofisinə çevrildi. Heydər Əliyevin hakimiyyəti dövründə isə ?Günəş? eks-prezidentin qardaşı, millət vəkili Cəlal Əliyevin ixtiyarına verildi. /Musavat.com/

Digər xəbərlər
SON XƏBƏRLƏR